Redaktor seçimi
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
43 saylı Notariat Kontorundan şikayət:
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Günün xəbəri

Ukrayna dairəsində təmir işləri nə vaxta qədər davam edəcək?– AÇIQLAMA

 

Bakının Ukrayna dairəsində təmir işləri təxminən bir həftə davam edəcək
Yenixeber.org: Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, adıçəkilən ərazidə təmir işləri hissə-hissə aparılacaq: “Təmir işləri hissə-hissə aparılacaq. Dairənin bir hissəsi asfaltlanandan sonra açılacaq və digər hissədə təmir başlanacaq. Bu müddət ərzində həmin ərazidə hərəkət edən nəqliyyat vasitələrinin yolu dəyişdirilib. Dairəyə giriş bağlanan ilk gün ərazidə sıxlıq yaranmışdı. Səbəb sürücülərin əksəriyyətinin məsələdən xəbərsiz olması idi. Artıq ərazidə vəziyyət normallaşıb və sıxlıq yoxdur”.
Xatırladaq ki, iyulun 10-dan etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyünün yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, həmin istiqamətdə hərəkət edən 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Dəyişikliyə əsasən, 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə pr. – Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küç – Xudu Məmmədov küç – Gəncə prospekti ilə hərəkət edəcəklər. 62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Məhəmməd Hadi küç – Sarayevo küç – Telnov küç – Neapol dairəsi istiqamətində hərəkət edir.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     

Ən çox oxunanlar