Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Adnan Oktarın keçmiş “kediciyi”ndən ittiham- Foto

 Türkiyədə özünü din adamı kimi təqdim edən Adnan Oktarın keçmiş “kedicik”lərindən olan Ceylan Özgül Tvitter hesabında Oktar və onun qadın tərəfdarları haqqında şok məlumat paylaşıb.

Yenixeber.org: Keçmiş “kedicik” Ceylan Özgül Adnan Oktarın yanındakı qadınların cinayətkar olduğunu bildirib.

“Adnan Oktarın cinayətkar qruplaşmasından ayrılan biri kimi deyirəm, məsələni “kedicik” deyib, sadələşdirməyin. Vitrində məsum görünən bu qadınların bir qismi iki silahla gəzir. Müxtəlif cinayətlərə qarışdıqlarına şahidəm”.

Ceylan Özgül digər tvitində isə Adnan Oktarın tərəfdarlarına xəbərdarlıq edib:

“Hazırda cinayətkar qrupu dəstəkləyirsiniz. Sıra onu dəstəkləyənlərə gələcək. Dövlət sizi bilir və görür. Məncə, iki dəfə düşünün”.

Qeyd edək ki, Türkiyədə səhər saatlarında keçirilən əməliyyat zamanı Adnan Oktar və 235 tərəfdarı həbs edilib. O, cinayətkar dəstə yaratmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz, uşaq qaçırılması, şəxsi azadlıqdan məhrumetmə, dini inanc və hislərin istismar edilməsi, saxtakarlıq, cinayət yolu ilə əldə olunmuş pulun yuyulması, şəxsi həyatın gizliliyinin pozulması, terrorla mübarizə qanununa müxalif mövqe, təhdid, iftira, xalqı hərbi xidmətdən yayındırma, siyasi və hərbi casusluqda ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam