Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Zəngilan təhsilində "bespredel"

 

 

     "Xeberinfo.com": Bu gün ölkəmizdə təhsil sistemi dövlətin daha çox diqqət və qayğısı ilə əhatə olunmuş sahələrdən biri olsa da, bu sahədə problemlər hələ də səngimək bilmir. Əslində Təhsil Nazirliyi tərəfindən bu sahədə əsaslı islahatlar aparılsa da, bəzi rayon təhsil şöbələri üçün bu islahatlar sadəcə imitasiya xarakterlidir. Belə olmasaydı həmin şöbələrdə təhsil rüşvətlə idarə olunmazdı.Bu xüsusda redaksiyamıza təqdim olunan məlumatlarda bildirilir ki, Zəngilan rayon Təhsil Şöbəsində də rüşvət ayaq açıb yeriyir. Əldə etdiyimiz məlumata görə, rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov orta məktəblərdə hələ dərs ilinin başlanmasından da bir qədər əvvəl pul yığımına start verib. Məktəblərdən birində olan mənbənin qəzetimizə verdiyi məlumata görə, məktəb direktorları təhsil şöbəsinin müdiri və şöbədə çalışan vəzifəli şəxslər, inspektorlar üçün dərs saatları müəyyənləşdiriblər. Həmin dərsləri orta məktəblərin ixtisas müəllimləri tədris edir, dərslər də sənəddə onların adına yazılır. Ancaq müəllimlər maaşları kartla aldıqdan sonra həmin dərs saatlarının pulunu direktorlara verirlər. Direktorlar isə bu pulları ayın sonunda məlum ünvana çatdırırlar. Məlumatlarda bildirilir ki, Zakir İbrahimovun öz işində yol verdiyi ciddi nöqsanlar səbəbindən bu gün işğal altında olan bu rayonun təhsili uçuruma yuvarlanmaqdadır. Qeyd olunduğu kimi hal-hazırda Zəngilan rayonu üzrə məktəblərin sayı artaraq 37-yə çatmışdır. Onlardan 34-ü tam orta, 2-si əsas, 1-i ibtidai olmaqla 26-sı Bakı şəhərində, 6-sı Sumqayıtda, 2-si Şirvan, 2-si Sabirabad, 1-i isə Abşeron rayonundadır. Eləcə də RTŞ-nin nəzdində uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin inkişafına xidmət edən 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Bu təhsil ocaqlarında 4112-dən çox şagird təhsilə cəlb edilmişdir. Onların sabahın gərəkli vətəndaşları kimi formalaşmaları, elmi-biliklərə yiyələnmələri işi ilə 800 nəfərdən çox müəllim məşğul olur. Ötən illərdə orta məktəbi bitirmiş yüzlərlə gənc ali təhsil müəssisələrinə, bir qismi isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Test sınaqlarından uğurla keçən bu məzunların 18 nəfəri 500-700 arası bal toplayaraq respublikada yüksək nəticə əldə edənlər sırasında layiqli yer tutmuşlar. Son 6 ildə rayon üzrə 3 məktəb, 19 sinif otağı inşa olunmuşdur. Bununla belə narazı sakinlər tərəfindən müxtəlif instansiyalara ünvanlanan şikayət ərizələrində rayon təhsilində vəziyyətin dözülməz həddə çatdığı göstərilir. Mənbələrin bildirdiyinə görə, Zəngilan Təhsil Şöbəsinə kadrların seçilməsi zamanı heç bir qanuna riayət olunmur. Belə ki, təhsil sistemindən anlayışı olmayanlar hazırda təhsil şöbəsində bəzi mühüm vəzifələri tutublar.Məlumatlarda həmçinin bildirilir ki, şöbə müdiri rayon məktəblərinə aylıq haqq qoyub. Bu “haqq”ın məbləği isə hər məktəbdən 500-1000 manat civarında müəyyənləşdirilib. Zakir İbrahimov bütün məktəb direktorlarına əmr edib ki, onlar ay ərzində şöbəyə deyilən məbləği gətirməlidir. Yəni, ibtidai və digər az müəllimi olan məktəb direktoru 500, orta məktəblər isə 1000 manat Zakir İbrahimova ödəməlidirlər. Əks təqdirdə direktorlar tutduğu vəzifələrindən qovulacaqları ilə hədələnirlər. Və yaxud da pul verməyən məktəblərdə dərs saatları aşağı salınır. Vəzifəsindən və şərlənməyindən qorxan məktəb direktorları isə Zakir İbrahimovun hədə-qorxuları qarşısında məcbur qalıb həmin məbləği hər ay ödəməli olurlar. Mənbənin bildirdiyinə görə, məktəb direktorları həmin məbləği müəllimlərin aylıq maaşlarından tutmalı olurlar. Direktorlar hər ay müəllimlərin əmək haqqından 10-20 manat civarında tutmaqla bu məbləğin bir hissəsini düzəldə bilirlər. Qalan məbləğ isə şagirdlərdən yığılan vasait hesabına “düzələrək” şöbə müdiri Zakir İbrahimovun cibinə gedir... 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam