Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Yol polisi deputatların iddiaları ilə razılaşmadı

 

“İndiyə qədər yol polisinin deputatı saxlayıb inzibati məsuliyyətə cəlb etməsi ilə bağlı  məlumat daxil olmayıb”


Yenixeber.org: Bu sözləri  açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev deyib. O bildirib ki, belə hal olduqda BDYP-yə rəsmi məlumat verilməlidir.
“Əgər belə bir hal varsa, yol polisi deputatı saxlayıb inzibati məsuliyyyətə cəlb edirsə, bununla bağlı bizə mürəciət etsinlər.  Biz faktı araşdıraq və məsələyə hüquqi qiymət verək”.
R.Quliyev deyib ki, yol polisi kimlərin toxunulmazlığının olması ilə bağlı məlumatlıdır.
Xatırladaq ki, Milli Məclisin deputatı Tahir Kərimli Modern.az-a açıqlamasında yol polisinin deputatın toxunulmazlığına əhəmiyyət vermədiyini deyib.
T.Kərimli qeyd edib ki, deputatdan qat-qat aşağı səlahiyyətli nümayəndələr var ki, məsələn, icra hakimiyyətlərinin nümayəndələri yol polisin qarşısından saatda 100 km sürətlə də keçsə, ona “çest” verirlər.
“Halbuki, onların heç birinin toxunulmazlıq statusu yoxdur. Amma deputatın, hakimin belə bir statusu olsa da, hörmət göstərilmir. Niyə? Çünki deputatın əlində elə bir səlahiyyət yoxdur ki, kimisə işə götürsün. Ona görə də bəziləri deputatı sanki bilərəkdən aşağılayırlar. Bəzi ölkələrdə Dövlət Yol Polisi İdarəsi ləğv edilib. Ancaq bizdə mentaliteti nəzərə alaraq, mən bu qurumun ləğvinin tərəfdarı deyiləm. Onlar olmasa yol-hərəkəti qaydaları daha çox pozular. Çünki biz qaydanı pozmağa öyrənmişik”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam