Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Qida Təhlükəsizliyi Agentliyi yoxlamalar aparır:Sahibkarları nə gözləyir?

 Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən ölkədə yoxlama və nəzarət tədbirlərinin icrasına başlayacaq

Yenixeber.org: Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Mansur Piriyev deyir ki, agentliyin əsasnaməsinin tələblərindən irəli gələn məsələlərin həlli ilə bağlı olaraq, bu işlərə iyulun 1-dən başlanacaq:
"Agentlik mayın 22-dən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlayıb. Monitorinqlərin məqsədi odur ki, iyulun 1-nə qədər sahibkarları mövcud qanunverici baza ilə tanış edək, onların maariflənməsi üçün müəyyən məlumatları çatdıraq. Artıq 20-yə yaxın sahibkarlıq subyektlərində monitorinqlər olub. Bundan sonra onlara elektron qeydiyyat izah olunacaq. İyulun 1-dən isə həmin o subyektlərdə monitorinqlərdən əlavə olaraq məhsulların sertifikatlaşdırılması prosesinə başlanılacaq".
Qida Təhlükəsizliyi Agentliyi Prezidentin fərmanına uyğun olaraq qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirir. /xezerxeber.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam