Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Müəllimindən halallıq almısanmı? -BƏŞƏRİ SUAL


image here


... Müstəqil Azərbaycan Respublikasının atdığı hər bir ugurlu addımda Azərbaycan təhsilinin rolu çox böyükdür. Hər bir sahədə qazanılan nailiyyətlər isə ilk öncə insan amili ilə bağlıdır. Bu insan isə dünən parta arxasında oturmuş şagird, auditoriyada əyləşmiş tələbədir, yaxud adi bir Azərbaycan vətəndaşıdır. Onlar isə orta məktəbdə formalaşmışlar. Əlbəttə, ailənin rolu danılmazdır, amma cəmiyyətdən kənarda da nəiyəs əldə etmək çox çətindir.
Yenixeber.org: Orta məktəb müəllimləri hər bir çətinliyi nəzərə almadan onlara etibar edilmiş hər bir fərdin –şagirdin tərbiyəsinin düzgün qurulmasını özü üçün prioritet sayır. Belə olan halda, dünən məktəbdə təhsil alıb bu gün jurnalıst kimi fəaliyyət göstərən bəzi insanların məktəbə, müəllimə, bu müəllimlərə rəhbərlik edən kadrlara qarşı aqressiv münasibəti başa düşülmür. Böyük kollektivlərə rəhbərlik edən məktəb direktorlarının hədəf seçilməsi, adlarının hallandırılması hansı etik normalara uyğundur? Məktəbdə oxuyan şagirdlər təhsil aldıqları müəssisənin rəhbərinə şəxsiyyət, ideal kimi baxır. Nəticə təsdiq olunmadan, araşdırma aparılmadan əksəriyyəti qadın olan vəzifə sahiblərinə- məktəb direktorlarına qarayaxma nəyə xidmət edir, onları müzakirə obyektinə çevirmək nə deməkdir?
Jurnalist anlayırmı ki, qara yaxdığı insan anadır, qadındır, müəllimdir, dövlət həmin adama vəzifə etibar edib, o, böyük bir prosesi idarə edir.
Əsaslanmamış iddialarla çıxış etmək naşılıq yox, cinayətdir.
Məktəb cəmiyyətin mətbəxidir, bu mətbəxdə hazırlıq prosesində lazımınca çatışmazlıq ola bilər. Bu çatışmazlıqları aradan qaldırmaq pedaqoji kollektivin, ziyalı təbəqənin vəzifə borcudur.
Məktəb elə bir orqanizmdir ki, burada elin gözündən qaçan hal olmur. Müəllim, məktəb işinin mürəkkəbliyi, çətinliyi də bundadır. Hər bir hərəkəti ölçülüb-biçilməlidir.
Yüksək mədəniyyətə və mənəviyyata gedən yol məktəbdən keçir. Bu isə məktəbin məsuliyyətini-Tanrı qarşısında, cəmiyyət qarşısında, dövlət qarşısındakı məsuliyyətini müəyyənləşdirir.
Məktəb və Məkkə! Bu sözlərin uyğunluğu onların hər ikisinin müqəddəsliyindən xəbər vermirmi?
Abidlərimiz üzü Məkkəyə namaza dururlar, balalar isə üzü məktəbə gedirlər.
Ev və ailə insanların yaşadıqları yer olsa da, onları şəxsiyyət kimi formalaşdıran ailənin daha geniş forması olan məktəbdir. İnsanın formalaşması məktəb müstəvisində həyata keçirlir. Məktəb elm beşiyidir, bu beşiyə layla çalan isə müəllimdir.
Bağbanın əkdiyi ağac bol bəhrə verəndə minnətdarlıq hissi ilə ona baş əyir. Müəllimin yetişdirdiyi şagirdi isə onu minnətdarlıq hissi ilə yad etdikdə borcundan çıxmış olur.
Əgər kimsə müəllimə, məktəbə münasibətində yanılırsa, nankorluq etmiş olur.
Deyirlər, bir şəxsin işi düz gətirmirmiş. Peyğəmbərin (ə.s.) yanına gedir. Peyğəmbər deyir ki, sən valideynlərindən halallıq almalısan! Həmin şəxs bildirir ki, valdeyinləri dünyasını dəyişib. Bu zaman Peyğəmbər məsləhət görüb deyir: “Get müəllimlərindən halallıq al”.
Həmin adam üz tutur müqəddəs məktəbə, heç bir müəllimini tapmır. Onlar da dünyasını, dəyişibmiş.
Peyğəmbərin yanına qayıdanda yolda haçansa ona iki saat dərs demiş müəllimini görüb deyir:
- Müəllim, məni tanıdınızmı? Mənə halallıq, xeyir- dua verin.
Müəllim ona dua edir, halallıq verir. Bundan sonra Allah onun hər işinə fərəc verir.
Bu gün jurnalistik fəaliyyəti ilə məşğul olanlar da unutmamalıdılar ki, məktəb partası arxasından çıxmışlar, müəllim xeyir-duasına ehtiyacları var.
Anan əlindən tutub məktəbə gətirəndə səni yalnız məktəbə, müəllimə etibar edib. Sən də bu ocaqda təkcə yazıb oxumağı yox, yaşamağı da öyrənmisən. Müəllim sənə nəyi öyrətmədi ki?
Sən öyrəndin və təəssüf ki, millətin müdriklik ocağı olan məktəbə nankorluq etdin. Həlli çətin bütün problemlərin acığını məktəbin, müəllimin üstünə yıxdın.
Nankor şagird, bir düşün! Düşün, nə qədər haqlısan?! Ana qədər qayğını çəkən müəlliminə nankorluq səni ağrıtmır?
Müəllimin, məktəb sənə də, sənin anana da, sənə bağlı olan bütün insanlara da düzgün yolu öyrətmədimi?!
Müstəqil, azad yaşamağın yollarını, bəşəriyyətin keçib gəldiyi çətin, qanlı- qadalı yollarını, insanlığın hər zaman irəliyə gedən yollarını sənə məktəb göstərdi. İndi bir düşün! Bu qədər nankorluq sənin müəlliminin qəlbini nə qədər agrıdır.
Başına siğal çəkib tellərini darayan, həyəcandan tərləyən əllərini sığallayan müəllimin sənə bunumu öyrətmişdi?
Ağvalideyinlik bağışlanılmaz günahdır. Bu gün müəlliminə, pərvazlandığı ocağa qarşı çıxan ağvalideyinlilik etmirmi?
Məktəbin, müəllimin, məktəbə rəhbərlik edən adamların heysiyyati ilə oynamaq olarmı?
Unutmaq olmaz ki, məktəbə qədəm qoyan uşaqların çoxu öz müəllimlərini, bu müəllimlərə rəhbərlik edənləri özlərinə ideal seçirlər, bu insanlara oxşamaq, onlar kimi olmaq arzusunda olurlar. Nankorluq edən jurnalistlər həmin uşaqların mənəvi aləmini, daxili dünyasını alt- üst etmirlərmi?
Yaddan çıxarmaq olmaz ki, şəxsiyyətin ahəngdar inkişafı məktəbin üzərinə düşür. Dünyanın ən məşhur adamlarının yolu məktəbdən keçir.
Unutma ki, şərəfli yol tutub getmək lazımdır ki, müəllimin sənə desin: “ Zəhmətimi sənə halal edirəm! ”

Nailə MƏMMƏDOVA,
Bakı şəhəri, 187 saylı məktəbin direktoru


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam