Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Bakının yeni Baş Planı hazırlanır

 Bakı Şəhərinin Baş Planının hazırlanması işləri davam etdiriləcək

Yenixeber.org: 2011-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə "Böyük Bakının Regional İnkişaf Planı" və onun əsasında "Bakı Şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı"nın layihəsi hazırlanıb.
"Bakı Şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı" Bakının Baş Planı kimi təqdim edilsə də, onun aidiyyəti üzrə razılaşdırılması tamamlanmamış, sənəd nazirlər kabineti tərəfindən təsdiq edilməyib. Baş planın əsas şəhərsalma sənədi olduğunu və paytaxtın sistemli və davamlı inkişafı üçün strateji əhəmiyyət daşıdığını nəzərə alaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi başlanılmış işlərin sona çatdırılmasına xüsusi önəm verir.
Bakının Baş Planının hazırlanması istiqamətində bu günədək görülmüş işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dərindən araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək. Bu qiymətləndirmə başa çatdıqdan sonra Bakı Şəhərinin Baş Planının Hazırlanması işləri davam etdiriləcək, həmin sənədin Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və aparıcı dünya təcrübəsinə uyğunluğu təmin ediləcək. Bu prosesə yerli mütəxəssislərlə yanaşı nüfuzlu beynəlxalq ekspertlərin də cəlb olunması planlaşdırılır. Bakı şəhərinin Baş Planının hazırlanması işi tam həcmdə yekunlaşdıqdan sonra, sənəd aidiyyəti təşkilatlarla razılaşdırılacaq və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaq. /xezerxeber.az
Milli.Az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam