Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

MİNNƏTDARIQ, RƏŞAD HƏKİM!

Yenixeber.org: 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşük. Hazırda Şamaxı rayonunun Çuxuryurd kəndində məskunlaşmışıq. Dövlətimizin hər cür qayğısı ilə əhatə olunmağımıza baxmayaraq bəzən elə hadisələr olur ki...

Belə ki, bir-iki ay bundan əvvəl atam ağır xəstələndi. Əlimizi ondan tamamilə üzmüşdük, vəziyyətini görən hər kəs belə fikirdə idi. Xeyli götür-qoydan sonra rayonda müalicənin səmərə verməyəcəyini düşünərək atam Heydərov Calal Vəli oğlunu olduqca ağır bir vəziyyətdə Bakıya, Respublika Klinik Xəstəxanasına gətirdik. Xəstəxananın 1-ci cərrahiyyə bölməsində Rəşad həkim onu müayinə etdi, diaqnoz qoydu. Sonra atamı müvəffəqiyyətlə əməliyyat etdi. Tibb bacısından
Rəşad həkimin necə bir həkim olduğunu soruşduq, dedi ki, darıxmayın özünüz görəcəksiniz.
Həkim Rəşad Zahid oğlu Həsənov Azərbaycan Tibb Universitetini 2003-cü ildə bitirib.
Praktiki həkimliklə yanaşı elmi fəaliyyətini də davam etdirmiş, 2016-cı ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcə almışdır.
Tibbi terminlərdən başım bir o qədər çıxmasa da atamın xəstəlik tarixindən götürdüyüm bunlardır:
- Kəskin hemorrogik pankreonekroz, irinli nekrotik sekvestrasiya mərhələsi.
Yayılmış pankreotogen peritonit. Arroziv qanaxma. Mədə fistulası. Bax belə bir ağır vəziyyət. Dövriyyədə nə qədər saxta dərmanlar olduğu heç kimdən gizli deyil. Bunu nəzərə alan Rəşad həkim Rusiyada adamımız olub-olmadığını soruşdu. Nəticədə Rusiya istehsalı olan dərmanları Sankt- Peterburqda yaşayan dayım göndərdi ki, bu da öz səmərəsini göstərdi. Atam xəstəxanada olduğu müddətdə Rəşad həkimi daha da yaxından tanıya bildik. O, çox cavadlı,
Istedadlı bir həkim olmaqla yanaşı, tibbi etikaya riayət edən, aydın fikirli, saf qəlbli, yüksək insani keyfiyyətlərə malik bir insandır. Pasiyentlərlə həmişə mülayim və həssas rəftarı ilə seçilir. Çox vaxt
öz istirahətini, əyləncəsini, ailəsi üşün ayırdığı vaxtı xəstələrinə sərf edir. İstirahət günlərində, gecə saatlarında onu xəstələrinin yanında görmək olar.
Qadın pasiyentlərimin qulluğunda duranda sanki anamın, kişi pasiyentlərimin qulluğunda duranda isə elə bil atamın qulluğunda dururam,- deyir Rəşad həkim.
Bugün bəzi “həkimlər” gördükləri hər iş üçün təmənna umurlar. İndiki dövrə görə Rəşad həkimin ən böyük keyfiyyətlərindən biri də gözü-könlü tox olmasıdır.
Belə bir sual yaranır,- görəsən Rəşad Zahid oğlu Həsənov kimi həkimləri olan Respublikamızın vətəndaşları müayinə, müalicə üçün nədən başqa ölkələrə üz tuturlar?!
Respublika Klinik Xəstəxanasının 1-ci cərrahiyyə bölməsinin cərrah həkimi Rəşad Zahid oğlu Həsənov yüksək savadı, istedadı sayəsində öz şəfalı əlləri ilə atamı ölümün pəncəsindən alıb sağ-salamat bizə qaytardı.
BUNA GÖRƏ RƏŞAD HƏKİMƏ, RESPUBLİKA KLİNİK XƏSTƏXANASININ RƏHBƏRLİYİNƏ, KLİNİKANIN 1-Cİ CƏRRAHİYYƏ ŞÖBƏSİNİN BÜTÜN TİBBİ PERSONALINA AİLƏMİZ ADINDAN MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM!!!
Əminəm ki, Rəşad həkimin şəfalı əlləri, hələ çox xəstələrə şəfa verəcəkdir.
“Yenixeber.org” saytı vasitəsilə minnətdarlığımı Rəşad həkimə çatdırıram.
Hörmətlə, Vəlizadə Nicat Calal oğlu.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam