Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanda sürücülük vəsiqələri ilə bağlıVACİB YENİLİK

 Azərbaycan prezidenti tərəfindən "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər təklif olunub

Yenixeber.org: Layihədə qanunun I maddəsinə 25-1, 25-2 və 25-3 bəndlərin əlavə olunması təklif edilir.
25-1 bəndində bildirilir: Trisikl - işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir.
25-2 bəndində isə bildirilir ki, yüngül kvadrosikl - yüksüz vəziyyətdə kütləsi 350 kiloqramdan (elektrik mühərriki nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) çox olmayan dördtəkərli aşağıdakı mexaniki nəqliyyat vasitəsidir:
- işçi həcmi 50 kubsantimetrdən çox olmayan məcburi alışdırmalı daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;
- maksimal effektiv gücü 4 kVt-dan çox olmayan digər növ daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;
- uzun müddətli yüklənmə rejimində mühərrikin nominal maksimal gücü 4 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri.
25-3 bəndində isə bildirilir ki, kvadrosikl - yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərriki dördtəkərli mexaniki nəqliyyat vasitələridir.
Qanunun 34-cü (Sürücülük vəsiqəsi) maddəsinə edilən əlavəyə görə yuxarıda qeyd edilən nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsi tələb olunur. Qeyd edilən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ "B1" altkateqoriyasına şamil edilir.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam