Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakı Şopinq Festivalı zamanı ƏDV-nin bir qismini necə geri almaq olar?

 Artıq 24-cü gündür ki, Azərbaycan vətəndaşları və xarici turistlər Bakı Şopinq Festivalının yaratdığı fürsətlərdən faydalanırlar

Yenixeber.org: Festival ən çox ziyarət olunan ticarət mərkəzləri ilə yanaşı, şəhərin müxtəlif ünvanlarında yerləşən mağazaları da əhatə edir. Mağazaların ünvanları ilə festivalın rəsmi saytında http://bakushopfest.com/our-stores/ keçidi vasitəsilə tanış olmaq mümkündür.
Festival çərçivəsində 100 manatdan artıq alış-veriş edən şəxs xərclədiyi məbləğin ƏDV-nin bir qismini geri ala bilər. Bunun üçün o, ilk növbədə şopinq etdiyi mağazaya ƏDV-nin bir hissəsini əldə etmək istədiyini bildirməli və Vergi Hesab Fakturası (VHF) almalıdır. Daha sonra çek, VHF və aldığı məhsullarla (ağır əşyalar istisnadır) təsdiq üçün ƏDV köşkünə yaxınlaşmalıdır.
Bakı Şopinq Festivalında iştirak edən mağazalardan alış-veriş edərək Vergi Hesab Fakturası alan alıcılar istənilən ƏDV köşkünə yaxınlaşıb sənədi təsdiqlədə bilərlər. ƏDV köşkləri Gənclik Mall, 28 Mall, Park Bulvar, Metropark, Nargiz Mall, Port Baku Mall və Əhmədli qəsəbəsində yerləşən Bravo hipermarketində yerləşir.
Vergi Hesab Fakturası təsdiqləndikdən sonra alıcı geri qaytarılacaq məbləği nağd və ya bank kartına almaq seçimi edə bilər. Bundan başqa, Əhmədli qəsəbəsində yerləşən Bravo hipermarketindəki Kapital Bankda "cash by code" fürsətindən yararlanaraq 8 rəqəmli kodu daxil etməklə Kapital Bankın ATM-dən nağd pul ala bilərlər. Bank kartına köçürmə etmək istədikdə isə bank və kart məlumatlarını Vergi Hesab Fakturasının arxasına qeyd edib ƏDV köşkünün yanında olan vergi qutusuna atmaq kifayətdir. Bu halda məbləğ on gündən gec olmayaraq karta köçürüləcək. Alıcı geri qaytarılacaq məbləği nağd almaq istədikdə təsdiqlənmiş Vergi Hesab Fakturası və çeklə birlikdə festivalın müvəkkil banklarından birinin filialına yaxınlaşıb pulunu nağd şəkildə götürə bilər.
Şopinq etməyə tələsin! Festivalın bitməsinə 7 gün qalıb.
Bakı Şopinq Festivalının müvəkkil bankları, filiallar və iş vaxtları barədə məlumatı festivalın rəsmi saytından - http://bakushopfest.com/muvekkil-banklar/ keçidinə daxil olaraq öyrənə bilərsiniz.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam