Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Səhiyyə Nazirliyi çimərliklərin monitorinqinə başlayıb

 Çimərliklərdə dəniz suyunun monitorinqinə başlanılıb

 
Yenixeber.org: Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, monitorinq oktyabrın 1-dək aparılacaq. Onun sözlərinə görə, monitorinq Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək.

Z. Kazımov qeyd edib ki, monitorinq zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılacaq: “Eyni zamanda, dəniz suyu kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək. Analizlərin nəticələrinə əsasən, çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.

Qeyd edək ki, 2017-ci ildə aparılmış müayinələrin nəticələrinə görə, Qaradağda “Sahil”, Səbaildə “Şıx” və Sumqayıt çimərliklərində bakterioloji çirklənmə müşahidə olunub.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam