Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Əfv daha çox kimlərə şamil olunacaq? -AÇIQLAMA

Əfv daha çox kimlərə şamil olunacaq? - AÇIQLAMA
Yaxın bir neçə gün ərzində Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir. Artıq Əfv Məsələləri Komissiyası öz işini yekunlaşdırıb. Komissiya keçirdiyi iclaslarda 1500-ə yaxın müraciətə baxıb və yekun siyahını ölkə başçısına təqdim edib.
Yenixeber.org: Növbəti əfv sərəncamı daha çox kimlərə şamil olunacaq? Onların arasında əcnəbi və qadınlar olacaqmı?

Azərbaycan Respublikası prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı AzVision.az-a açıqlamasında deyib ki, növbəti əfv sərəncamının daha çox insana şamil olunacağı gözlənilir: 

“Sərəncam yetkinlik və yetkinlik yaşına çatmayanlar, qadınlar, əcnəbilər daxil olmaqla bütün təbəqələrdən olan insanları əhatə edəcək. Əfv Komissiyası məhkumların ərizələrinə onların yaşına, cinsinə, əcnəbi olmasına fərq qoymadan baxır. Prezidentimiz öz səlahiyyətlərindən istifadə edərək, yaxın günlərdə əfv sərəncamı imzalayacaq”.



M.İbrahimqızı vurğulayıb ki, növbəti əfv sərəncamında ölkə başçısı daha çox ailəni sevindirəcək: “Komissiya hər dəfə çalışır ki, möhtərəm prezidentimizin humanist siyasətindən daha çox məhkum yararlansın. Dünyada insan üçün ən dəyərli nemət can sağlığı və azadlıqdır. Bir məhkum azad olunursa, bu, təkcə onun sevinci deyil. Onun ailəsi, qohumları, dostları, tanışları buna görə sevinir. Ona görə Əfv Komissiyasında çalışılır ki, sərəncam daha çox məhkuma şamil olunsun. İnanırıq ki, növbəti əfv sərəncamında ölkə başçısı daha çox ailəni sevindirəcək”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam