Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Grand Hospital”da yeni direktorla həkimlər arasında qarşıdurma:Kütləvi qovulmalar (SİYAHI)




“Grand Hospital”da yeni direktorla həkimlər arasında qarşıdurma:


"Grand Hospital”da kütləvi ixtisar olub.


Yenixeber.org: Özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaçı olnan yeni direktor gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb. Belə ki, 2 gün əvvəl – yəni şənbə günü illərdir, klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar.

Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət edib. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib. Həkimlərin qarşılaşdığı bu "sürpriz” ciddi narazılığa səbəb olub.

Həkimlərin bildirdiyinə görə, klinika rəhbərliyi onların əmək hüququnu kobudcasına pozmaqla yanaşı, həm maddi, həm də mənəvi ziyan vurub.

Belə ki, klinika rəhbərliyi bir neçə ay əvvəl əksər həkimlərə öz otaqlarını tam təmir etdirib, mebellərinə kimi yeniləməyə məcbur edib. Təmir işi və mebellərin alınması həkimlərin vəsaiti hesabına başa gəlib. Bu səbəbdən həkimlər iddia edir ki, "Grand Hospital”ın rəhbərliyi onları Türkiyədən gəlmiş mütəxəssislərlə əvəz etmək planını əvvəlcədən qurub və yeni doktorların şəraitini köhnələrin vəsaiti hesabına qurdurub.

Əməkdaşlar işdən çıxarılan həkimlərin bəzilərinin adlarını BakuPost-a təqdim edib:

Arzu Əyyubova
Rasim Məhərrəmov
Afaq Ələsgərova
Röyal Hacıməmmədov
Namiq İsmayılov
Seymur Mehtiyev
Sənan Aşirov
Toğrul ömərov

Hazırda klinikada gərgin vəziyyət hökm sürür. BakuPost-un əməkdaşı məsələ ilə bağlı "Grand Hospital”ın mətbuat xidmətinin rəhbəri Türkan Məmmədli ilə əlaqə saxlayıb. O, məsələ ilə bağlı açıqlama vermək istəməyib.

Qeyd edək ki, sözügedən hospital bir müddət öncə xəstə ölümləri ilə gündəmə gəlmişdi. Daha sonra vergi yoxlamaları başlanılmış və işçilərin çoxunun əmək müqaviləsiz işlədilməsi ortaya çıxmışdı.(bakupost.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam