Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Azərbaycanda İİV virusuna yoluxanların sayı açıqlanıb

 

 "Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 4427 nəfər müalicə alır"

Yenixeber.org: Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov deyib.
O qeyd edib ki, müalicə nəticəsində xəstələr sağlam həyat tərzi sürür, cəmiyyətə adaptasiya olur, ailə qururlar, uşaqları dünyaya gəlir və bu uşaqlar sağlam olurlar: "25-30 il qeydiyyatda olan xəstələr var və biz onlarda infeksiyasının inkişafının qarşısını almışıq. Ölənlərin hamısı HİV-dən ölməyib, qəzaya düşənlər və digər səbəblərdən də ölənlər var.
Azərbaycan İİV epidemiyasının təmərküzləşmə fazasındadır. Yəni epidemiya yoluxmaya yüksək qruplar arasında üstünlük təşkil edir. Bu qrupda narkotik istifadəçiləri, seks biznes işçiləri və anadan uşağa ötürmə üstünlük təşkil edir".
E.Muradov bildirib ki, axır illərdə İİV-lə yoluxanların arasında cinsi yolla yoluxanlar artıb: "Son illərdə İİV-ə yoluxmuş qadınların sayı artıb. Yoluxmuş kişilər öz ailələrində cinsi patnyorlarına bu xəstəliyi yoluxdurur. Əsasən 30-39 yaş arasında olan qadınlarda yoluxmalar daha çox müşahidə edilir. Amma uşaqlar olduqca azdır".
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?