Redaktor seçimi
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Əhməd Əhmədzadə vəzifəsindən alınır(?)
Kəbirə Məmmədovaya 32 000 manatlıq iddia-
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
43 saylı Notariat Kontorundan şikayət:
Günün xəbəri

ELMİRA AXUNDOVANIN OĞLUNUN “DƏRMAN MAFİYASI” İLƏ BAĞLILIĞI –Təkzib cəhdi və sübutlar (FOTO, VİDEO)

 Yenixeber.org: Bir neçə gün əvvəl deputat Elmira Axundovanın oğlu Həbib Axundov saxta dərman əməliyyatında adı keçən “Elit” apteklər şəbəkəsinin onların ailəsinə məxsus olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. H. Axundov “Qafqazinfo”ya açıqlamasında ”Elit” apteklər şəbəkəsinə bağlılığını tam inkar edib.
Sitat: “”Elit” aptekini mənim adıma bağlayırlar. Aptekin sahibini belə tanımıram. 1993-cü ildən həmin apteklər işləyir. Anam o aptekin birindən dərman alıb. Mən heç bilmirdim ki, o aptek şəbəkədir. Elə bilirdim ki, iki-üç dənədir. Nəsimi rayonunda bir dənə qeyri-yaşayış obyektim var. 73-75 kvadrat olar. Həmin yeri aptekə icarəyə vermişəm. Əlimdə icarə müqaviləsi də var. İcarəyə vermək dərman mafiyasını işlətmək deməkdir? Bir xəstə insan var ki, o neçə illərdir ki, bizə qarşı kampaniya aparır. Onun əlindən gələn də budur. Artıq icarəyə verilən obyektdən də istifadə edir. Nəsimi rayonundakı həmin obyektin yuxarı mərtəbəsindəki çayxana isə mənə məxsusdur. Yazırlar ki, Alov Qülləsində də mənzil alınıb. Alov qüllələri oteldir, orada mənzil var ki?”.

Criminal.az saytı araşdırıb ki, H.Axundov açıqlamasında ”Elit” aptekinin sahibinı tanımadığını deyərkən, nədənsə həmin şəbəkənin rəhbəri Eldar Abbasovla birgə xarici səfərlərini, yaxtadakı macəralarını “unudub”. Belə ki, H.Axundov şəxsi ”facebook” profilində ”Elit” apteklər şəbəkəsinin rəhbəri E.Abbasovla şəkilləni paylaşıb. Həmin fotolar təyyarədə, restoranda və yaxtada çəkilib.
Lakin bütün bunlara baxmayaraq, ”Elit” apteklər şəbəkəsinin rəhbəri Eldar Abbasov da Criminal.az saytına açıqlamasında deputat Elmira Axundova və onun oğlu Həbib Axundovla heç bir bağlığı olmadığını iddia edib: ”Elit” aptekini Elmira Axundovaya bağlayırlar? Tanımıram. İlk dəfədi belə hadisə ilə rastlaşıram. Bilmirəm bu vəziyyətdən necə çıxım? Bizim deputatla heç bağlılığımız yoxdur. Bilmirəm, bunu niyə və hansı məqsəd güdərək yazırlar? Sifarişçi kimdir, tapa bilmirəm. Bu məsələ birdən-birə çıxmayıb. Həbibdən bir yer götürmüşük arendaya, qələt etmişik. Bundan sonra götürmərik. Yerdi də, arendaya verilib. Tanışlıq o demək deyil ki, bizim ortaqlığımız var. Nəsib bəy Yusifbəyli küçəsində ”Çardaq”da yer götürmüşük. Heç kim deyə bilməz ki, bizim Həbiblə döstuqluğumuz var. Arendaya yer verən necə olar? Ayda bir dəfə görüşürsən, salam, sağ ol”.

Qeyd edək ki, H.Axundov yuxarıda barəsində söz açdığımız açıqlamasında “Favorit” marketlər şəbəkəsinin onlara aidiyyatı olduğunu da təkzib edib. Sitat: “Mənim özümə də maraqlı idi ki, “Favorit” görəsən, kimə məxsusdur? Araşdırdım, məlum oldu ki, başqa bir şirkətindir. İndi də “Elit” aptekini mənim adıma bağlayırlar”.
Deputat oğlunun bu təkzibinin də səmimiyyətdən uzaq olduğunu sübut edən fakt ortaya çıxıb. H.Axundovun ”Favorit”in mağazalarından birinin açılışında iştirakını və lenti kəsdiyini göstərən videokadrlar var. Açılış mərasimindən kadrlar telekanallarda da yayımlanıb. ATV telekanalında yayımlanmış sujetdən bir hissəni təqdim edirik. Nəzərinizə çatdıraq ki, sağ tərəfdə lenti kəsən H.Axundovdur.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?