Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi” keçirilib

 Bu gün 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi-2018” keçirilib

Yenixeber.org: Forumun açılışında “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, Gürcüstanın “Caspian Energy Georgia” şirkəti tərəfindən təşkil olunmuş 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi-2018” dünyanın 17 ölkəsindən 300 deleqatı bir araya toplayıb.
T.Əliyev forumun iştirakçıları və “Caspian European Club”un üzvləri adından göstərilən diqqətə və “Caspian Energy Forum Tbilisi-2018”də iştiraka görə bütün dövlət məmurlarına və şirkət rəhbərlərinə minnətdarlığını bildirib.
5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi-2018”ə rəsmi dəstəyi Gürcüstan və Azərbaycan hökumətləri və “Caspian European Club” göstərir.
Forumda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze, Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini İrakli Karseladze, Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Nino Tandilaşvili, Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan, “SOCAR Georgia Gas”ın direktoru Azər Məmmədov, PASHA Bank Georgia-nın direktorlar şurasının sədri və baş icraçı direktoru Arda Arkun, “Murphy International Group of Companies”in baş icraçı direktoru Tahir Əliyev, VG Georgia-nın direktoru David Kaldani və Caspian European Club-un İdarə Heyətinin üzvü Nəriman Məmmədov çıxış ediblər.
Forum çərçivəsində həmçinin Gürcüstan iqtisadiyyatının inkişafında töhfələr vermiş şirkətlərə Beynəlxalq Caspian Energy Award mükafatının təqdimetmə mərasimi keçirilib.
Caspian Energy Award - 2018 mükafatının nominasiyalar üzrə qalibləri:
* SOCAR Georgia Gas – “Gürcüstanda ilin ən böyük investoru”
* PASHA Bank Georgia – “Gürcüstanda ilin korporativ bankı”
*Murphy Group Georgia – “Gürcüstanda nəqliyyat infrastrukturunun inkişafına verdiyi töhfələrə görə”
*VG Georgia- David Kaldani – “Gürcüstanda FMCG sahəsində ilin şirkəti”
“Caspian Energy Forum Tbilisi – 2018”in sponsorları SOCAR Energy Georgia və PASHA Bank Georgia, partnyorları isə Murphy International Group of Companies və VG Georgia şirkətləridir.
“Caspian Energy Forum Tbilisi – 2018”də sıralarında Gürcüstan və Azərbaycan hökumətlərinin üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinin də yer aldığı 300-ə yaxın deleqat iştirak edib.
Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam