Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

"Lotu Quli”nin adamları arasında atışma- Qarayevin qətlinin videosu

 

“Lotu Quli”nin adamları arasında atışma - Qarayevin qətlinin videosu
Rusiyanın Sankt-Peterburq şəhərində 31 yaşlı azərbaycanlı Füzuli Qarayevi qətlə yetirən 46 yaşlı Mahir Məmmədov həbs edilib.
Yenixeber.org: Rusiya mətbuatı xəbər verir ki, Mahir Məmmədov FüzuliQarayevi aprelin 30-da axşam saatlarında güllələyərək öldürüb. Məlum olub ki, hər iki şəxs kriminal dünyada “Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovun adamı olub. 

Tərəflər arasında mübahisə “vəzifə” uğrunda düşüb. Məlumata görə, Mahir “Lotu Quli”nin adından Sankt Peterburqda iş adamlarından xərac yığmaqla məşğul olub. Lakin o, yığılan pulların bir hissəsini "qanuni oğru"dan gizlətdiyi üçün o, bu səlahiyyətindən məhrum edilib.

“Lotu Quli”nin göstərişi ilə Mahirin yerinə Füzuli “təyin” edilib. Bu isə Mahirin xoşuna gəlməyib və Füzilini “söhbət”ə çağırıb. Nəticədə Mahir Füzulinin baş və bədən nahiyəsinə bir neçə dəfə atəş açıb. Qarayev aldığı güllə yarasından hadisə yerində ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam