Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İşdən çıxarılan Abid Şərifov kimdir? -DOSYE

İşdən çıxarılan Abid Şərifov kimdir? -

 

Baş nazirin müavini Abid Şərifov vəzifədən çıxarılıb

Yenixeber.org: Bu barədə müvafiq sərəncamı Azərbaycan Prezideni İlham Əliyev imzalayıb.

Belə ki, Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncama əsasən, onun yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov təyin edilib.

Abid Şərifovun dosyesini təqdim edirik:

Şərifov Qoca oğlu Abid 6 yanvar 1940-cı ildə Şəkidə anadan olub.

1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi, 1972-ci ildən 23 saylı tikinti idarəsinin rəisi işləyib.

Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent, "Azərnəqliyyattikinti" trestinin rəisi, sonra 1988-ci ildən "Azərnəqliyyatyoltikinti" layihə-sənaye tikinti birliyinin rəisi, 1991-ci ildən Türkiyə Respublikasının Çerkesköy-Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini, 1993-cü ildən "Azərnəqliyyatyoltikinti" layihə-sənaye tikinti Birliyinin bazasında yaradılan eyniadlı Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışıb.

1995-cü ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavinidir.

Evlidir, 2 övladı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam