Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilibNərimanov rayonunda - Fotolar

Sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilib

 

“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib

 

Yenixeber.org: 18 aprel 2018-ci il tarixdə “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.  Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.  Rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.  A.Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.  Natiq, cari ilin aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində yüksək fəallıq nümayiş etdirərək iştirak edən seçicilərin mütləq əksəriyyətinin səslərini toplayaraq inamlı qələbə qazanması münasibətilə rayon sakinləri və ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik edib, ona möhkəm can sağlığı, uzun ömür və səadət arzulamaqla, müstəqil Azərbaycanımızın çiçəklənməsi, tərəqqisi və yüksəlişi, xalqımızın xoşbəxt və parlaq gələcəyi naminə fəaliyyətində böyük qələbələr, yeni-yeni uğurlar və nailiyyətlər diləyib. 11 aprel 2018-ci il Prezident seçkilərinin də əvvəlki seçkilərdə olduğu kimi, yüksək seçici fəallığı şəraitində, demokratik, mütəşəkkil və şəffaf şəkildə keçdiyini, heç bir qanun pozuntusunun qeydə alınmadığını deyən icra başçısı, Prezident seçkilərində seçicilərin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etdiyini vurğulayıb.  Hesabat məruzəsində rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin mühüm iqtisadi göstəriciləri barədə məlumat verilərək, birinci rübün yekunlarına görə sözügedən sahənin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 786,7 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 22,8 faiz artım sürətinin əldə edildiyi, istehlakçılara 776,5 milyon manatlıq və ya bütün sənaye məhsulunun 115,5 faizi qədər sənaye məhsulunun göndərildiyi, eləcə də birinci rüb ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 46,7 milyon manatlıq investisiyanın yatırıldığı vurğulanıb.  Hesabat dövrü ərzində rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyi bildirilib. Belə ki, rayon ərazisində hazırda “Pilot layihə” çərçivəsində 18 ünvanda tikinti işləri həyata keçirilir ki,  bunlardan 2 ünvanda inşaat işləri artıq başa çatdırılmış, mənzillərdə təmir işləri aparılır, 9 ünvanda əhalinin köçürülməsi və evlərin sökülməsi işləri, 9 ünvanda sənədləşdirmə, 1 ünvanda isə layihələndirmə işləri həyata keçirilir.  Ölkə xaricində həyata keçirilən geniş layihələrdən danışılarkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan İşgüzar Mərkəzinin beş mərtəbəli binasının layihəyə uyğun olaraq artıq tikilib hazır vəziyyətə gətirildiyi, həmçinin ötən ilin dekabr ayında qarşılıqlı olaraq Azərbaycan İş Mərkəzinin layihəsi əsasında Nərimanov rayonu ərazisində Həştərxan vilayəti tərəfindən inşa ediləcək Həştərxan İş Mərkəzinin təməlqoyma mərasiminin keçirildiyi qeyd edilərək, bu layihələrin reallaşmasının respublikamızda istehsal olunan məhsulların Rusiya ərazisində yayılmasının təşkili üçün geniş imkanlar açacağına və bunun da nəticə etibarı ilə ölkəmizin ixrac potensialının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, eləcə də sahibkarlığın, qeyri-neft sektorunun və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəyi xüsusi vurğulanıb.  Eyni zamanda, ötən rüb ərzində rayon rəhbərliyi tərəfindən 633 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 5 səyyar görüş və qəbullar zamanı edilən 45 nəfərin müraciətinin dinlənilərək öz müsbət həllini tapdığı, həmçinin “Qaynar xətt-1643” xidmətinə daxil olmuş 207 müraciətdən 112-nin tam həll olunaraq, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatların verildiyi qeyd edilib.  Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, “Dostluq V” MMC-nin direktor müavini Mahir Cəfərov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, tarix üzrə elmlər doktoru Xaqani Məmmədov rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlərdən söz açaraq, sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.  Sonra Azərbaycan Respublikası Prezidentinin Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında 01 mart 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə “Tərəqqi” medalı ilə təltif edilmiş Yeni Azərbaycan Partiyası Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimovaya həmin ali mükafat təqdim olunub. Həmçinin, 18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasının sədri İslam Muradov yubileyi münasibətilə mükafatlandırılıb.  Daha sonra isə rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.  Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2018-ci ilin birinci rübündə görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.

Sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilib

Sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilib

Sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilib
Sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilib
Sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilib
Sosial-iqtisadi inkişafının 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam