Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Meyvələr daha da bahalaşacaq:Qıtlıq da gözlənilir

 


Son günlərdə havanın temperaturu xeyli aşağı endi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacaq. Havanın temperaturunun gecə saatlarında hətta 0-5 dərəcəyə enəcəyi proqnozlaşdırılıb.

Yenixeber.org: Bəs, yaz ayları üçün xarakterik olmayan hava şəraitinin müşahidə olunması kənd təsərrüfatına necə təsir edir?

İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bu cür havanın müşahidə olunmasının əsasən bağçılıq təsərüfatına ziyan vurduğunu deyib: 

“Çiçəkləyən ağacların gələcəkdə meyvə verməsi sual altına düşə bilər. Bu həftə ərzində çiçək açan, amma tozlanma prosesi getməyən ağacların çiçəkləri məhv olacaq. Həmin meyvələrin qıt olması ehtimalı var”.

Akif Nəsirlinin sözlərinə görə, hələ ki, bostan bitkilərinin yerüstü hissəsi çiçəkləməyə başlamayıb, onlara, eləcə də taxıla ziyanı yoxdur.

Ekspert hesab edir ki, fermerlər son vaxlar ölkəmizdə hava şəraitinin tez-tez dəyişməsinə alışmalı, ehtiyat tədbirləri görməlidirlər.

Xatirə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam