Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qida Təhlükəsizliyi Agentliyi bəzi yerlərdə dönərin 1 manata satılmasına münasibət bildirib

 

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakının bir çox yerlərində 1 manata satılan dönərin insan orqanizmi üçün təhlükəli olub-olmamasına aydın gətirib

 

Yenixeber.org: Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib ki, qiymət baxımından tənzimləməni bazar həyata keçirdiyi üçün hər bir fiziki və hüquqi şəxs sahib olduğu məhsulu istədiyi qiymətə sata bilər: “Satılan məhsulun qiymətinin aşağı olması heç də həmin məhsulun insan sağlamlığı üçün təhlükəli olduğu mənasına gəlmir. Yalnız aparılmış laborator müayinələrin nəticələri əsasında hər hansı bir məhsulun insan qidası üçün yararlı olub-olmaması haqqında rəy vermək olar”.

Qeyd olunub ki, QTA qida məhsullarının təhlükəsizliyinə nəzarəti həyata keçirən dövlət orqanı kimi hər hansı məhsul haqqında yalnız rəsmi faktlara əsaslanaraq rəy verir: “Belə rəylər laborator müayinələrin nəticələrinə əsaslanır. Hazırda qurum qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı olaraq, struktur bölmələrinə ixtisaslaşmış kadr potensialının cəlb edilməsini, qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi bazanın hazırlanmasını həyata keçirir”.

Eyni zamanda əlavə olunub ki, Agentliyin ünvanına “dönər əti” ilə əlaqədar şikayət faktı daxil olmayıb: “Agentlik fəaliyyətə başladıqdan sonra risk dərəcəsi əsasında bütün qrup qida məhsullarının təhlükəsizliyinə nəzarət edəcək, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada qarşısına qoyulmuş vəzifələrin icrasını həyata keçirəcək”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam