Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Mehdi Səlimzadənin qovduğu süpürgəçinin acı faciəsi –Foto

Mehdi Səlimzadənin qovduğu süpürgəçinin acı faciəsi –

 

Yenixeber.org:  Aeroport yolunda faciəvi şəkildə ölən süpürgəçi qadın ölkə mediasını sarsıtmışdı. Hətta deputat Qənirə Paşayeva onun evinə baş çəkdi, övladlarının evlə təmin olunacağı bildirildi.

Ardınca süpürgəçilərə yeni uniformalar təqdim olundu ki, yol qəzalarından sığortalasın, sürücülərin onları gözləri seçsin.

Mehdi Səlimzadənin qovduğu süpürgəçinin acı faciəsi –

 

Lakin bu günlərdə Göyçayda baş verən tükürpədici hadisə süpürgəçilərə olan münasibəti təkrar aktuallaşdırdı.  Gəlin fakta baxaq:

“Şəkildə gördüyünüz süpürgəçi Əminə Həşimova və 6 yaşlı beyin xəstəsi olan (beyninə qan işləmir-red) qızı Həşimova Zeynəb Cavanşah qızıdır.

Əminə xanım bu yaxınlarda balaca Zeynəbin dərmanlarını ala bilmədiyi səbəbindən ilk dəfə Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qəbuluna gedərək pul istəyib”.

Bu sözləri hüquq müdafiəçisi Taleh Xasməmmədov feysbukda yazıb.

Onun sözlərinə görə, icra başçısı Ə.Həşimovaya cəmi 10 manat verərək getməyini tələb edib: “Ona deyiblər ki, 10 manat da gəlib gələn ay götürərsən.

Qadın ondan dərmanlar üçün 15 manat lazım olduğunu desə də, əlavə 5 manatı ona verən olmayıb. O da pərt və qəmgin halda icra hakimiyyətini tərk edib və bir də ora gəlməyəcəyini deyib”.

T.Xasməmmədov xatırladıb ki, qiyabi tanıdığı bu qadın səhərdən-axşama qədər küçələri süpürməklə pul qazanıb 2 azyaşlı övladını atasız olaraq böyüdür:

“Uşaqlar dərsdə olmadığı vaxtda günlərini analarının işlədiyi yerdə keçirirlər. O dilənçi deyil, sadəcə balasının səhhəti onu icra başçısına ağız açmağa vadar edibmiş…”

Şərhsiz!Yunis/AzEuroNews.com/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam