Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Əlillərə və şəhid ailələrinə şad xəbər

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bakı şəhərinin Nizami rayonunda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün 12 mərtəbəli 96 mənzilli yaşayış binasının inşasına başlanılıb. 

     "Xeberinfo.com": AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

Xəbərdə deyilir ki, hazırda bu təbəqələrdən olanlar üçün Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış evləri inşa etdirilir.

Cari ilin ötən dövründə ƏƏSMN-nin sifarişi ilə ölkənin müxtəlif regionlarında inşa olunmuş binalarda ümumilikdə 172 mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən 2014-cü ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunması həyata keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam