Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bakı sakinləri 3 milyard manata yaxın bazarlıq edib

 

Bakı sakinləri 3 milyard manata yaxın bazarlıq edib
2018-ci ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz artaraq 6,3 milyard manat təşkil edib.
Yenixeber.org: Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 85,5 faizi mədənçıxarma, 12,1 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 84,2 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87,0 faiz, xidmətlərin göstərilməsi isə 13,0 faiz təşkil edib. İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2018-ci il vəziyyətinə 326,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 26,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

2018-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,1 faiz artaraq 2858,7 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 1332,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 1526,6 milyon manata bərabər olub.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam