Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda məcburi köçkünlərə qarşı dələduzluq edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

 

 

Bakı Apellyasiya Məhkəməsində paytaxtda məcburi köçkünlərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Rabil Rəhimov və Şəfayət İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb

 

Yenixeber.org: Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İttiham aktına əsasən, R.Rəhimov və Ş.İsmayılov Abşeron qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan bir neçə vətəndaşa ev satacaqlarını vəd verərək onlara qarşı dələduzluq ediblər.

Belə ki, hər iki şəxs Zülfiyyə Hüseynovanın etibarından sui-istifadə edərək 5 400, Etibar Əliyevin 4 000, Tehran Məmmədovun 6 000, Bəxtiyar Əzizovun 4 000, Nazilə Ağayevanın 2 000, Səyyarə Çələbiyevanın 6 000, Sevil Emilovanın 7000, Səməd Əbilovun 3 500, Kəmalə Quliyevanın 16 000, Ləman Əliyevanın 15 000, Şahin Abdullayevin 8 030, Rafiq Cəfərovun 13 600, Cabir Məmmədovun 8 000 və Ceyhun Qurbanovun isə 45 000 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

R.Rəhimov və Ş.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimov 10 il, Şəfayət İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, təqsirləndirilən şəxsin hər ikisi də məcburi köçkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam