Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanın sığorta bazarı 25% böyüyüb -YENİLƏNİB

 

 

Sığorta ödənişləri 8% azalıb© Report

İlk xəbər saat 17:08-də verilib

Yenixeber.org: Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti illik müqayisədə təxminən 25,4% çox - 130,2 mln. manat məbləğində sığorta haqqı toplayıb, illik müqayisədə təxminən 7,7% az - 40,5 mln. manat sığorta ödənişi həyata keçirib. 

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 106,8 mln. manat, ödənişlər isə 29,6 mln. manat təşkil edib. 

İcbari sığorta bazarı üzrə haqlar 23,4 mln. manat, ödənişlər isə 10,9 mln. manat olub.

 

2018-ci ilin yanvar-fevral ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 82%-i könüllü, 18%-i isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşıb. 

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,1 manatı ödəniş edilib. 2017-ci ilin müvafiq dövründə bu göstərici 42,3 manat olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam