Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi- VİDEO

Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi

 

 

Metronun ''Dərnəgül'' stansiyasının çıxışında bu gündən nəqliyyat mübadilə mərkəzi fəaliyyətə başlayıb. Yeni mərkəzdən gün ərzində 100-dən çox avtobus sərnişinlərə xidmət göstərəcək. Mübadilə mərkəzinin istifadəyə verilməsi ilə "Azadlıq" metrosu ətrafındakı tıxac problemi də həll olunacaq

 

Yenixeber.org: Bakıda daha bir nəqliyyat mübadilə mərkəzi istifadəyə verildi. Metronun "Dərnəgül" stansiyası yaxınlığındakı nəqliyyat mübadilə mərkəzi bu gündən fəaliyyətə başlayıb.

Metronun giriş-çıxışlarındakı asfalt örtüyü və piyada səkiləri təmir olunub, müvafiq nişanlar qoyulub. Yeni mərkəzin fəaliyyətə başlaması ilə ətraf kənd və qəsəbələrdən metronun "Azadlıq'' stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək, yeni mərkəzə köçürülüb.

Sərnişinlərin rahatlığı üçün burada 5 dayanacaq pavilyonu quraşdırılıb. Və bütün pavilyonlarda marşrutların getdiyi istiqamətlər ardıcıllıqla yazılıb.

Ərazidə, eyni zamanda, taksi minik avtomobilləri üçün də dayanacaqlar müəyyənləşdirilərək nişanlanıb. Həmçinin vahid kart sistemi ilə işləyən avtobuslardan rahat istifadə üçün ərazidə ödəniş terminalları da quraşdırılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam