Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Kod tapmaq mümkün deyil” - Hakerlər cinayətə cəlb olunacaqlar- FOTO

“Kod tapmaq mümkün deyil” - Hakerlər cinayətə cəlb olunacaqlar

 

Özlərini haker kimi qələmə verən şəxslər tərəfindən son zamanlar sosial şəbəkə istifadəçilərinə şəxsi məlumatları ifşa edən müxtəlif xidmətlər təklif olunmaqdadır. Belə şəxslər pul müqabilində şəxsi mesajlardan tutmuş, şəkillərə qədər bütün informasiyaları bir neçə dəqiqə ərzində qarşı tərəfə ötürəcəyini iddia edir. Əslində isə bu hal həm mənəvi həm də qanuni baxımdan yolverilməzdir



Yenixeber.org: ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

Apardığımız sorğu zamanı bəlli oldu ki, bu cür xidmətlər təklif edən hakerlərin xidmətlərindən istifadə edən də olub, onlara inanmayanlar da.

Sakin: ""Facebook" hesabı oğurlanmışdı. Haker dostum vasitəsiylə geri qaytarıldı".

İnformasiya təhlükəsizliyi üzrə ekpert Rəşad Əliyev bu cür xidmətləri təklif edən insanların elə başlanğıcdan yalan danışdığını deyir. Çünki hər hansı bir adamın şəxsi məlumatlarının əldə edilməsi, parolunun oğranılması mümkün deyil

Rəşad Əliyev - İKT üzrə mütəxəsis: "Kodu tapmaq mümkün deyil. Gərək müəyyən bir üsulla həmin adamın məlumatlarını alsın. Ya həmin adamın telefonuna proqram köçürsün, ya da kompüterinə".

Təbii ki, kimliyi bəlli olmayan bu hakerlərin bu tip əməlləri bütün hallarda şəxsi həyata müdaxilədir. Onların bu qanunsuz əməlinə görə, qanun çərçivəsində məsuliyyət nəzərdə tutulur.

Kiber cinayətkarlıq halına görə, bu əməli törədən azadlıqdan məhrumetmə cəzası ilə də cəzalandırıla bilər. Eyni zamanda başqasının internet hesabını sındıranlarla yanaşı, bunu sifariş edənlər də cinayət məsuliyyəti daşıyırlar.

Ümumiyyətlə, hakerlər tərəfindən qeyd edilən şəkildə kiməsə təklif gələrsə, yaxud kimsə özünə aid məlumatların hansısa şəxs tərəfindən ələ keçirildiyindən şübhələnsə, ən yaxşı hal sivil yolla, qanun çərçivəsində hərəkət etməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam