Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Bakıda ümumxalq şənliyi keçiriləcək

 

Bakıda ümumxalq şənliyi keçiriləcək
Martın 19-da Bakıda Novruz bayramı münasibətilə ümümxalq şənliyi keçiriləcək.
Yenixeber.org: Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, İçərişəhər və Bulvar ərazisində keçiriləcək şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətlərini göstərəcəklər.

Həmçinin uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.

Bayram şənliyi Qız qalasından başlayacaq Bulvar ərazisindən keçməklə Muzey Mərkəzinə qədər davam edəcək. Konsert proqramı günün sonuna qədər davam edəcək. Həmçinin ölkəmizdə keçirilən “Formula 1” üçün ayrıca stend quraşdırılacaq.

Ümümxalq şənliyində Prezident İlham Əliyev, I vitse-prezident Mehriban Əliyevavə ailə üzvlərinin də iştirakı gözlənilir.(azvision)

Aytən Zəhra

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam