Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

AMEA-nın əməkdaşları üçün yaşayış kompleksinin təməli qoyulub

 

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə (“Science City”) AMEA prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə akademiyanın əməkdaşları üçün kooperativ binanın təməlqoyma mərasimi keçirilib

 

Yenixeber.org: A.Əlizadə çıxış edərək son illər akademiya əməkdaşlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib.

O, AMEA tarixində ilk dəfə olaraq tikiləcək yaşayış kompleksinin ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb.

Abşeron rayon icra başçısı İradə Gülməmmədova, təhsil nazirinin müavini Firudin Qurbanov çıxışlarında akademiya əməkdaşlarının sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində saxlanıldığını deyiblər.

Xatırladaq ki, 7 hektar sahədə ilkin olaraq 2, ümumulikdə isə 18 bloklu binanın tikilməsi nəzərdə tutulur. Mənzillərin sayı isə 1928 ədəd olacaq. Binanın inşasının iki ilə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən “Science City” yaşayış kompleksin həyəti və ətrafında böyük parklar da salınacaq. 1, 2, 3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır. Yaşayış kompleksində məktəb, uşaq bağçası, ictimai iaşə və sosial obyektlərin də inşası nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam