Image result for balıq

Yenixeber.org: Balıq sağlamlıq üçün kifayət qədər lazımlı məhsuldur. Əksəriyyət balığı qızartma formada sevir. Yağda isə balıq qızartıqda un mütləq istifadə olunur.
Bəs balığı unla qızartmağın səhhətinizdə ciddi problem yarada biləcəyindən xəbərdarsınız?

Mütəxəssislər bu barədə kifayət qədər maraqlı açıqlamalar verib.

Məlumata görə, balıq unla qızardıldıqda, karbonhidrat və şəkərin yüksək istiliyə məruz qalması xərçəng tərkibli maddələri meydana çıxarır.
Eyni zamanda xərçəng tipli hüceyrələr yağda qızardılan digər məhsullarda da özünü göstərir.
Amerikalı mütəxəssislər, unla qızardılan məhsulların sağlamlıq üçün çox zərərli olduğunu açıblayıblar.

Bəs balıq necə bişirilməlidir?

Balığı buğlama olaraq bişirmək düzgün bişirmək üsulları arasında yer alır. Həmçinin balığı yüksək istilik yerinə aşağı dərəcədə sobada bişirə bilərsiniz. Medicina.az

Unla qızardılan balıq sağlamlığa ziyandır