Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ötən il Azərbaycanda 21 ana ölümü hadisəsi baş verib -HESABAT

 

 

Yenixeber.org: Ötən il ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı çərçivəsində ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusiilə neonatoloji reanimasiya şöbələrinin maddi-texniki bazası gücləndirilib, dərman preparatları və müasir avadanlıqlarla təchizatı yaxşılaşdırılıb.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Bu tədbirlərin həyata keçirilməsinin nəticəsi olaraq ana və uşaqların sağlamlıq göstəricilərində müsbət nəticələr əldə edilib.

Körpə ölümü göstəricisi 2016-cı illə müqayisədə bir qədər azalaraq, 11.4 promillidən 11.1 promilliyə enib. Hesabat ilində ana ölümü halları da azalaraq 21 hadisə olub (2016-cı ildə 22 nəfər).

Uşaqların icbari dispanserizasiyası Dövlət Proqramı çərçivəsində 2017-ci ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 5.1 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, onlara müəlicə-sağlamlaşdırıcı tədbirlər aparılıb, 1 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrində stasionar müalicəyə cəlb olunub.

Sənəddə qeyd edilib ki, şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 225 min şəkərli diabet xəstəsi dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur. Diabetli uşaqlar insulin şpris-qələmi ilə yanaşı, tədricən insulin pompası ilə təmin edilirlər. Bunun nəticəsi olaraq, şəkərli diabet xəstəliyindən poliorqan fəsadlarının və əlliliyin faizi azalıb.

Bildirilib ki, son illərdə müstəsna əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Son 5 ildə qan tədarükü 43 faiz artaraq 2017-ci ildə 37 tondan çox olub.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam