Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

"Nübar" qəsəbəsi və "Zəli gölü" ərazisində SON VƏZİYYƏT:Aktivlik artıb

"Nübar" qəsəbəsi və "Zəli gölü" ərazisində SON VƏZİYYƏT:

 

 

Son bir neçə gün ərzində Abşeron rayonunun "Nübar" qəsəbəsindəki ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə olan ərazidə, eləcə də Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesində aktivlik artıb

 

 

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, aktivliyin artma səbəbi son günlər ərzində əraziyə düşən atmosfer yağıntılarıdır.

Mütəxəssis qeyd edib ki, Suraxanı rayonunun Zığ qəsəbəsinin bəzi sahələrində də sürüşmə proseslərində aktivləşmə müşahidə edilir:

"Aktivləşmə torpaq qatında olan çatlarda özünü göstərir. Ərazidə quraşdırılmış mayaklardan da görünür ki, prosesin dinamikasında aktivləşmə var".

R.Həsənov bildirib ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində tektonik qırılma xəttinin keçdiyi ərazidə bir müddət əvvəl sürüşmə prosesi baş verib və hadisənin fəsadları da olub:

"Həmin ərazi hazırda da nəzarətimizdədir. Ancaq son günlər ərzində ərazidə ciddi aktivləşmə görməmişik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam