Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bayılda evlərindən çıxarılan ailələrə plastik kartlar verildi

Bayılda evlərindən çıxarılan ailələrə plastik kartlar verildi

 

 

Bakıda Bayıl yamacında baş verən sürüşmə nəticəsində təhlükəli vəziyyətə düşən mənzillərin sahiblərinə kirayə haqları üçün kartlar paylanılıb

 

Yenixeber.org: Bu barədə sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, bu gün səhər saatlarından onlara plastik kartlar təqdim olunub. Kartlar Azərbaycan Beynəlxalq Bankından verilib:

"Fevral ayının kirayə haqqını şəxsiyyət vəsiqəmizi təqdim etməklə aldıq. Mart ayından etibarən kirayə haqlarını plastik kartla alacağıq".

Sakinlər bildirirlər ki, plastik kartlar 67 ailəyə verilib. Qalan ailələrə isə kirayə haqları hələlik ödənilməyib.

Xatırladaq ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılaraq sığınacaqlara yerləşdiriliblər.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam