Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sabah Bakının iki rayonunda qaz olmayacaq

 

 

Bakının Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq

 

Yenixeber.org: "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, qaz təchizatı şəbəkəsinin texniki vəziyyətinin yaxşılaşdırılması, təhlükə yaradan hissələrin yenilənməsi və istehlakçıların təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə Məmməd Cəfər Cəfərov küçəsi və Asif Məhərrəmov küçələrinin kəsişməsində 530 millimetrlik iri diametrli yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar fevralın 21-də saat 10:00-dan işlər yekunlaşanadək 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələri, eləcə də Tbilisi və Heydər Əliyev prospektlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Nərimanov rayonunun qaz təchizatına da təsir göstərməsi mümkündür.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam