Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bəzi dərmanların satışına qadağa qoyulub

 

Bəzi dərmanların satışına qadağa qoyulub

"2017–ci ildə 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri barədə Analitik Ekspertiza Mərkəzinə məlumat daxil olub"

Yenixeber.org: Bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin formokonəzarət üzrə eksperti Elmin Quliyev deyib.

Onun sözlərinə görə, bu il daxil olan müraciətlər yeni istifadə edilən dərmanlarla bağlıdır: “Onlar arasında QİÇS xəstəliyində istifadə edilən dərmanların əlavə təsirlərindən müraciətlər də var. Dərman vasitələrinin əks təsirlərindən müraciətlər həkim və xəstələrin məsələyə nə qədər ciddi yanaşması və məlumatlı olması ilə bağlıdır”.

E.Quliyev dərman vasitələrinin içlik vərəqlərində yazılandan əlavə təsirlərin olmasını hallarını istisna etməyib.

“Dərman vasitələri istifadəyə veriləndən sonra əlavə təsirlər ola bilər. Ümumiyyətlə, dərmanın gözlənilən və gözlənilməyən əlavə təsirləri olur. Həmin dərman vasitələri barədə bizə daxil olan müraciətlər araşdırılır. Bu səbəbdən bir sıra dərmanlar istifadədən çıxarılıb. Müraciətlər əsasında “Bioparoks” dərman vasitəsi istifadədən çıxarılıb. “Sonafaks” dərman vasitəsi də AvropaABŞ-da qadağan edilib. Bizdə də həmin dərman vasitəsi qadağan edilib. Lakin Belarus və Azərbaycandan başqa bütün MBD ölkələrində bu dərman istifadə edilir. Ümumiyyətlə, Azərbaycana dərman vasitələri Avropa, Rusiya, MBD ölkələri, Türkiyədən idxal edilir. Bu dərmanların hamısının keyfiyyətinə təminat verilir”.

Aytən Zəhra

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam