Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Sərnişin daşıyanlara yeni cərimə tətbiq olunacaq- VİDEO

Sərnişin daşıyanlara yeni cərimə tətbiq olunacaq

 

 

Ölkədaxili yük və sərnişin daşıyan nəqliyyat vasitələrinə də taxoqraf quraşdırılacaq. Bu qaydaları pozanları isə 40 manat məbləğində cərimə gözləyir. Bununla bağlı qanun layihəsi hazırlanıb

 

Yenixeber.org: Şəhərlərarası və rayonlararası sərnişin daşıyanlar avtobuslara taxoqraf quraşdırılacaq.

 İnzibati Xətalar Məcəlləsinə əasən beynəlxalq daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu, yəni, taxoqraf olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla idarə edilməsinə görə 40 manat cərimə nəzərdə tutulur. Hazırlanan yeni layihəyə görə isə ölkədaxili sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər də bu qaydaları pozduğuna görə 40 manat məbləğində cərimələnəcəklər.

Məqsəd nəqliyyat vasitələrinin sürət həddini aşmadan və istirahət rejiminə əməl etməklə idarə olunmasını təmin etməkdir. Çünki, bu cihaz nəqliyyat vasitələrinin bütün hərəkətlərini, sürrət həddini və nə qədər vaxt fasiləsiz yol getdiyini dəqiqliklə qeydə alır. Yol Hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, qanun qəbul olunsa da, tez bir zamanda onu tətbiq etmək o qədər də real görünmür. Çünki, heç bir sürücü özü taxoqrafı ala və avtomobilə quraşdıra bilməz. Cihazın quraşdırılmasını üçün akkreditasiyadan keçən emalatxanalar həyata keçirməlidir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən də "Xəzər Xəbər"ə bildirildi ki, taxoqrafın yoxlanılması və digər xidmətlərin yerin yetirilməsi üçün arıtq 2 şirkət onlardan sertifikat alıb. Layihə Milli Məclisin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam