Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Səhər acqarına 1 çay qaşığı bal yemək üçün5 SƏBƏB

Səhər acqarına 1 çay qaşığı bal yemək üçün

 

 

Balın faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur

 

Yenixeber.org: Bal unikal məhsuldur. Düzgün saxlanan bal xarab olmur, onun yararlıq müddəti, demək olar, sonsuzdur.

Arxeoloqlar qazıntılar zamanı yaşı min ildən çox olan bal tapırdı. Maraqlıdır ki, əsrlər əvvəl yığılmış bu bal xarab olmayıb və bütün faydalı xüsusiyyətlərini saxlayıb.

Qədimdə bal yara, xora və yanıqların müalicəsində çox geniş istifadə olunurdu, balın köməyi ilə soyuqdəymədən tutmuş epilepsiya və xərçəngə qədər bütün xəstəlikləri müalicə edirdilər.   

Bal həqiqətən çox güclü müalicəvi və profilaktik vasitədir. Səhər acqarına 1 çay qaşığı bal yemək xüsusilə faydalıdır.

1. Bal həm orqanizmin ümumi immunitetini, həm də ağız boşluğunun selikli qişalarının yerli immunitetini möhkəmləndirir ki, bu da bizi qripp və soyuqdəymə xəstəliklərindən qoruyur.

2. Bal bağırsaqlara antiseptik təsir edir, burada yaşayan zərərli mikrobları öldürür.

3. Qəbizliklə mübarizə etməyə kömək edir.

4. İnsana əlavə enerji verir, daha gümrah edir, orqanizmin tonusunu və iş qabiliyyətini artırır.

5. Ağız boşluğunda yaşayan mikrobları öldürür, angina xəstəliyinin qarşısını alır.

Balı ağız boşluğunda tam əriyənə qədər saxlamaq lazımdır. Mədə xəstəlikləriniz varsa, balı suda həll edib için.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam