Redaktor seçimi
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Bakı meri postuna daha bir iddialı-
Rektor Akif Süleymanov və onun komandası ATU-ni məhvə sürükləyir...-
Abşeron çalxalanır: qoçu dəstəsi Qarabağ əlillərinə “divan tutur” –
Düşüncələr, təəssüratlar-
Düşüncələr, təəssüratlar -
Günün xəbəri

Bakının yenilənən bu küçəsi daha müasir görkəm alacaq- FOTO

Bakının yenilənən bu küçəsi daha müasir görkəm alacaq

 

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mir Cəlal küçəsinin əsaslı şəkildə təmirinə start verilib

 

Yenixeber.org: Agentlikdən verilən məlumata görə, əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1,75 km, eni isə 22 m təşkil edir. Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən hərəkət hissədə deformasiyalar əmələ gəlmişdi.

2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 m enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 24 m-ə qədər genişləndiriləcək. Təmir-tikinti işləri çərçivəsində küçənin 1 km-lik hissəsində artıq köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Layihəyə uyğun olaraq ayrıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orda yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülür. Bunun üçün aidiyəti qurum tərəfindən yolun hərəkət hissəsi 4-5 m dərinikdə və 5-6 m enində qazılır. Yüksək gərginlikli elektrik xətləri xüsusi dördbucaqlı beton boruların içi ilə çəkilir. Artıq bu işlər yolun təqribən 400 m-lik hissəsində görülərək yekunlaşdırılıb.

Sözügedən işlərin yekunlaşdığı ərazilərdə AAYDA tərəfindən bərpa işləri aparılır. Yol ayrıcı sökülür, alt hissəsi 1 m dərinlikdə qazılaraq yararsız qrunt çıxarılır, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilirr. Anoloji işlər yolun mövcud hərəkət hissəsində də aparılır. Yüksək gərginlikli elektirk xəttinin çəilişi ilə əlaqədar olaraq qazılan əraziyə təqribən 0.8-1 m dərinlikdə yararlı qrunt tökülərək yeni yol əsası inşa edilir. 

Təmir-tikinti layihəsinə uyğun olaraq küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, zəruri yerlərdə yeni sistem qurulacaq, 53 ədəd yeni yağış barmaqlıqları və 160 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulacaq. 6 yerdə isə avtobusların ümüumi hərəkətə mane olmamaları üçün dayanacaqlarının önündə xüsusi "cib"li hissələr yaradılacaq.

Bundan başqa vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 9 min kv.m mövcud piyada səkiləri bərpa olunur, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir. Ümumilikdə küçə boyu 3500 p/m yeni səki daşının düzülməsi işləri aparılır.

Mir Cəlal küçəsi 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəndən sonra, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?