Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Nar” Bakı metropolitenində LTE xidmətini təqdim etdi

“Nar” Bakı metropolitenində LTE xidmətini təqdim etdi

 

 

 

“Nar” Bakı metropolitenində LTE xidmətini təqdim etdi

 

 

 

 

Yenixeber.org: Abunəçilərə yüksəkkeyfiyyətli rabitə xidmətinin göstərilməsi məqsədilə aparılan təkmilləşdirmə işləri çərçivəsində “Nar” Bakı metropoliteninin stansiyalarında 4G (LTE) xidmətini təqdim edib. LTE-Advanced xidmətinin təqdimatı, bölgələrdə 4G şəbəkəsinin təmin edilməsi və şəbəkənin daha da yaxşılaşdırılması istiqamətində atılmış digər addımlardan sonra metro stansiyalarının platformalarında da LTE şəbəkəsindən istifadənin mümkünlüyü “Nar” abunəçilərinin ürəyincə olub.

 

Qeyd edək ki, “Nar” 4G şəbəkəsi Bakı metropoliteninin fəaliyyətdə olan bütün stansiyalarının platformalarında (“Sahil” istisna olmaqla) təmin edilib. Artıq “Nar” abunəçiləri metro stansiyalarında saniyədə 225 Mbps-dək olan mobil internet sürətinin üstünlüklərindən faydalanmaq imkanı qazanacaqlar. “Nar” öz şəbəkəsinin genişləndirilməsi, ən yeni və innovativ texnologiyaların tətbiqi, xidmət və məhsulların təqdimatı istiqamətindəki genişmiqyaslı işləri davam etdirəcəkdir.

 

“Nar” LTE şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

 

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam