Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Sədərək” giriş üçün 3 manat alır?- Açıqlama

“Sədərək” giriş üçün 3 manat alır?

 

“Sədərək” Ticarət Mərkəzində taksilər üçün bu gündən etibarən 3 manat əlavə girişhaqqının tətbiq edilməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir

Yenixeber.org: Bu barədə  “Sədərək” Ticarət Mərkəzinin baş mühasibi deyib. Onun sözlərinə görə, belə bir yenilik edilməyib:

“Edilməsi də müzakirə edilmir. Məlumat yalandır”.

Mərkəzdə çalışan taksi sürücüləri isə bildirib ki, dünəndən etibarən TM-də çalışan bütün taksilər qeydiyyata alınıb. Yeni qərarla razılaşmayan sürücülərin mərkəzdə işləməsi qadağan edilib və taksi fəaliyyəti üçün avtomobillərinin üzərinə vurulan tanınma nişanı olan “şahmat hövhəsi” geri alınıb. Taksi sürücülərinin sözlərinə görə, əslində yeniliyin bu gündən etibarən tətbiq ediləcəyi deyilmişdi. Lakin hələlik heç bir taksi sürücüsündən giriş üçün əlavə 3 manat haqq tələb edilməyib. Sürücülər iddia edir ki, məsələnin ictimailəşməsindən sonra mərkəz rəhbərliyi qərarını ertələyib.

Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzində çalışan taksilərin bazara giriş qiymətinin 3 manata qaldırıldığı barədə ötən gün taksi sürücüləri məlumat vermişdi. Məlumatda bildirilirdi ki, bu məbləğdən əlavə giriş üçün rəsmi qaydada 50 qəpik ödənilməsi də qüvvəsində qalır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam