Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bir səfilin harayı:ümüd göydə Allaha, yerdə Sizədir

     

Bir səfilin harayı:

 

      

 

 Yenixeber.org: Redaksiyamıza Bakı ş. Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Sosial Xidmətlər Müəssisəsində qeydiyyatda olan, daimi yaşayış yeri olmayan Ramiz İbrahimzadənin xanım Mehriban Əliyevaya ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində acınacaqlı yaşam tərzindən və dövlət strukturları tərəfindən qarşılaşdığı haqsızlıqlardan bəhs edir. Aktuallığını nəzərə alıb, müraciəti ixtisarla dərc edirik:

“Hörmətli Mehriban xanım, Sizə müraciət etməyə məni vadar edən səbəb evsiz olmağımdı. Belə ki, mən 1975-ci ildə Bakı şəhərində anadan olmuşam. Valideyn himayəsindən məhrum uşaq kimi 1987-ci ilə kimi Bilgəh qəsəbəsindəki 11saylı internat məktəbində oxumuşam. 1987-1992-ci illərdə Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən lsaylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Sosial Xidmət Müəssəsində olmuşam. Hal-hazırda da qeydiyyatım həmin müəssisəyədir.

Çox hörmətli Mehriban xanım!

Mən anadan gəlmə 2-ci qrup əliləm. Yaşayış yerim olmadığı üçün çox əziyyət çəkirəm. 2001-ci ildən Xəzər rayon icra hakimyyətində valideyn himayəsindən məhrum şəxs kimi mənzil növbəsinə alınmışam. Lakin icra hakimiyyəti ev tikmədiyindən , burdan mənzil almaq gümanım çox azdır.

Əmək qabiliyətsiz olduğumdan heç yerdə məni işə qəbul etmirlər. Onun-bunun həyətində gündəlik çörək puluna görə yüngül işlər görüb, çox vaxt orada gecəliyirəm.

Dəfələrlə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsəm də, məni heç kim qəbul etməyib. Hətta məni qapıdan polis əməkdaşı qovub. Mən bildiyimə görə dövlətimiz tərəfindən “Məzun Evi” yaradılıb, valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunlar üçün. ƏƏSMN-nə müraciət edəndə mənə deyirlər ki, Təhsil Nazirliyinin təqdim etdiyi siyahı üzrə  “Məzun Evi”nə yerləşdiririk.

Lakin dəfələrlə hər iki nazirliyə müraciət etməyimə baxmayaraq məni hər dəfə bir söz deyərək qəbul etməkdən yayınıblar.

“Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.2. maddəsindən görünür ki, gənclər dedikdə, yaşı 14-dən 29-dək olan şəxslər, 1.0.3. maddəsinə əsasən gənc ailə dedikdə isə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə nəzərdə tutulur.

Həmin qanunun 3.1.  maddəsinə əsasən,  gənclərin sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etmək Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədlərindən biridir.

     Eyni zamanda,  “Azərbaycan gəncliyi  2011-2015-ci illərdə ” Dövlət Proqramından görünür ki, gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi həmin proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planına daxil edilmişdir.

  Bir sözlə, Azərbaycan gəncliyi bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmişdir və gənclərin hərtərəfli inkişafı üçün gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. biz gənclərin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakımıza əlavə stimul verir.

Lakin üzləşdiyim hazırki çətin durumda yaşayış yeri olmayan bir gənc kimi bugünə kimi ailə qura bilmirəm. Bu hazırkı vəziyyətdən bir çıxış yolu tapa bilmədiyimdən özümü çox aciz və çarəsiz hiss edirəm.

 

 Mehriban xanım! Mənim hazırki durumumu nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Təhsil Nazirliyinə, məni “Məzun Evi” sosial müəssisəsində yerləşdirilməyim üçün müvafiq qurumlara göstəriş verməyiniz üçün Sizə müraciət edirəm!

      Xahiş edirəm, yardımınızı məndən əsirgəməyin! Mən ömür boyu Sizin duaçınız olaram. Ümüd göydə Allaha, yerdə Sizədir!”

 

     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam