Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Mikayıl Cabbarovun nəzərinə!

                                                           

                

   Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 saylı orta məktəbdən kütləvi narazılıq var

 

      “Xeberinfo.com”: Redaksiyamızın elektron ünvanına Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Məhəllənin bir qrup sakinlərinin təhsil naziri cənab Mikayıl Cabbarova ünvanlanmış müraciəti daxil olub. Valideyinlər Ceyranbatan qəsəbəsi 2 saylı orta məktəbdə normal tədris üçün lazımı şəratin, maddi-texniki bazanın olmamasından şikayətçidirlər. Aktuallığını nəzərə alıb müraciəti olduğu kimi dərc edirik.

 “Biz- Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Məhəllənin sakinləri uşqalarımızın təhsili ilə bağlı illərdir ki, problemlər yaşayırıq. Bu sahədə problem çox olsa da, başlıcası tədris korpusunun tələbata cavab verməməsi ilə bağlıdır. Ceyranbatan qəsəbəsinin demək olar ki, yarısını təşkil edən bizim yaşayış massivində bir-2 saylı orta ümümtəhsil-məktəb var. 11 (onbir) sinif otağından ibarət iki mərtəbəli bir korpusdan ibarət məktəbdə 550-dən artıq (beşyüzəlli) uşaq təhsil almaq məcburiyyətindədir. Uşaqların sayının ilbəil artması ilə problemin ciddiliyi də artır. Bu səbəbdən də siniflərdə uşaqların sayı məlum normadan çox, tədris qrafiki isə daha da sıx olur. Vəziyyət o həddə çatıb ki, bu il məktəbdə üç növbəli dərs keçiriləcək. İbtidai sinif uşaqları axşam saat 19. 00-da dərsdən çıxmalı olacaqlar. Bunu heç təsəvvür etmək də mümkün deyil. Bəs uşaq nə vaxt yatıb, nə vaxt dərsə hazırlaşmalıdır. Belə olan halda hansı tədrisdən, hansı nəticədən danışmaq olar? Hara baxır məsul şəxslər, məgər bu uşaqlar bu dövlətin, bu millətin deyilmi? Təəssüf ki, bizlər də valideyin olaraq buna açıq şəkildə şahidlik edirik.  

 

      Məktəbdə idman zalından, futbol meydançasından isə danışmağa dəyməz. Cənab prezidentin idmana bunca qayğısının qarışılığında bizim uşaqlar idman dərslərinin tədrisindən belə məhrum olublar. Cənab prezidentin, təhsilə və idmana yüksək qayğısına baxmayaraq Bakıətrafı qəsəbədə-Ceyranbatan qəsəbəsi 2 saylı orta məktəbdə-intellektli və yetkin nəslin yetişməsində ciddi problemlər var.

     

     Yeni tədris korpusunun və idman zalının tikilməsi üçün məktəbin ərazisində lazımı qədər torpaq sahəsi də var. Nədənsə məsul şəxslər, müvafiq vəzifə sahibləri bu imkana baxmayaraq lazımı addımları atmaqda maraqlı görünmürlər. Hətta gəzən söhbətlərə görə məktəbin ərazisini yaxın vaxtlarda kimlərəsə satmağı da planlaşdırırlar.

 

      Hörmətli Mikayıl müəllim, bizim ümüdümüz cənab prezidentin təhsil siyasətinin layiqli icraçısı kimi Sizədir. Xahiş edirik ki, bizim uşaqların təhsil probleminin həllinə, məktəbimizin müasir standartlara uyğun təminatına kömək edəsiniz”.

      

 

   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam