Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Xərçəngin müalicəsində Moerman pəhrizi

Xərçəngin müalicəsində Moerman pəhrizi

 

 

Ən qorxulu xəstəliklərdən sayılan xərçəngin müalicəsində tətbiq olunan üsullardan biri də pəhrizdir. Reviçi, Qurzonu, Broys, Nişi, Qouler, Şatalova, Qrinizeyşn və digər pəhrizlər həmin qida sistemlərinə aiddir

 

Yenixeber.org: Dəhşətli xəstəlik əleyhinə tətbiq edilən ən məşhur qida sistemi Moerman pəhrizidir.

Kornelus Moerman XX əsrdə Niderlandda yaşayıb və 96 yaşında vəfat edib. O, öz metodu ilə xərçəng xəstəliyinə tutulan 150 xəstədən 115-ni tam sağaltmağa nail olub.

Lakin tibb elminin həmin üsulu qəbul etməsi heç də asan başa gəlməyib. Həkimlər niderlandlı təbibin pəhriz üsulunu təpki ilə qarşılayır və səbəb kimi sistemin sadə olduğunu arqument göstərirdilər.

Pəhriz rahat tapılan və hər kəsin əldə edə biləcəyi ərzaqlardan ibarətdir. Hətta Moerman pəhrizi həkimlərin ümidsiz yanaşdığı və yaxud müalicəsindən imtina etdiyi ən çarəsiz onkoloji xəstələrin də sağalmasına kömək edib.

1987-ci ildə Niderlandın səhiyyə nazirliyi Moermanın pəhriz metodunu təsdiq edib. Xərçəng əleyhinə yönələn həmin pəhrizi ikiqat Nobel mükafatçısı L. Pollinq də dəstəklədiyini bildirib.

Moerman pəhrizi nəticəsində xəstənin immun sistemi güclənir, həmçinin çoxlu miqdarda təbii ərzaqların davamlı şəkildə qəbulu maddələr mübadiləsini qaydaya salır.

Dünya səviyyəsində həkim və xəstələrin rəğbətini qazanmış Moerman metodunun əsasını çiy və buxarda hazırlanmış tərəvəzlər- yaşıl noxud, kartof, çəfəri, rəvənd, kələm (hətta turşuya qoyulmuşu da), meyvələr- portağal, limon, alma, kök, çuğundur, onlardan çəkilmiş təbii şirələr, kəpəkli undan hazırlanan çörək, təmizlənməmiş düyü, buğda kəpəyi, yulaf və arpa yarmaları, qarğıdalı və buğda lopaları, yumurta sarısı, bal, bitki çayları, soyuq sıxma üsulu ilə alınmış zeytun yağı və dəniz duzundan istifadə təşkil edir.

Ağ çörək, makaron, şirniyyat, biskvit, pirojna və kekslər, ət və toyuq, onların bulyonları, rafinə edilmiş qənd, balıq və molyusklar, süd məhsulları, yumurtanın ağı, göbələk və göbələk bulyonu, rafinə olunmuş bitki yağı, konservant və rənglər, xörək duzu, spirtli içki, tünd çay və qəhvə qəbul edilməsi məsləhət görülmür.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam