Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rəşad Məcid:“Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın

Rəşad Məcid:

 

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev keçən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb, 2018-ci ili isə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bununla bağlı bütün dövlət müəssisələri, ictimai təşkilatlar silsilə tədbirlər həyata keçirir, Cümhuriyyətimizin 100 illiyinə öz töhfələrini verməyə çalışırlar

 

Yenixeber.org: Bu sözləri “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib.

Baş redaktor bildirib ki, “525-ci qəzet” uzun illərdən bəri həm Cümhuriyyət dövrü materiallarını dərc edib, həm də yeni araşdırma yazıları, tədqiqat işlərini işıqlandırıb: 

“Cümhuriyyət dövrü ilə bağlı görkəmli tədqiqatçı, professor Şirməmməd Hüseynov, professor Vilayət Quliyev və başqalarının silsilə yazıları ilk dəfə məhz “525-ci qəzet”də işıq üzü görüb”.

R.Məcid Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar paytaxt Bakının mərkəzində yerləşən “Sahil” bağının “Cümhuriyyət” bağı adlandırılmasını təklif edib: 

“Vaxtilə həmin bağda basdırılan 26 Bakı komissarının Azərbaycan xalqının yaddaşından silinməsi, “Sahil” bağının yeni məna kəsb etməsi üçün oranın “Cümhuriyyət” bağı adlandırılması daha məqbul olardı. Zənnimcə, Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin nəşinin vətənə gətirilərək həmin bağda dəfn edilməsi, xatirə abidəsinin ucaldılması Cümhuriyyətin 100 illiyinə Azərbaycan dövləti və xalqının ən anlamlı, ən layiqli hədiyyəsi sayıla bilər".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam