Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Vəkil olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

Vəkil olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

 

Vəkilliyə namizədlər üçün test imtahanı keçiriləcək

 

Yenixeber.org: Vəkillər Kollegiyasından bildirilib ki, Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən, Vəkillər Kollegiyasına vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədilə vəkillərin sayının artırılması tövsiyə olunub.

Qeyd olunan tövsiyə ilə bağlı 9 dekabr 2017-ci il tarixdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə sənəd qəbulu prosesi bərpa olunub və Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərin istifadəsinə təqim edilib. Bu ilin yanvar ayının 11-də yekunlaşan sənəd qəbulu nəticəsində qəbul üçün sənəd verən namizədlərin sayı 2000-ə yaxın olub.

Vəkilliyə namizədlərlə yazılı test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə, cari ilin yanvar ayının 28-də keçirilməsi nəzərdə tutulur. İmtahanın yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair məlumatlar yaxın günlərdə mətbuat vasitəsilə veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam