Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Paytaxtın iki böyük prospekti yeni tunellə birləşdirilir

Paytaxtın iki böyük prospekti yeni tunellə birləşdirilir

 

 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sifarişi ilə Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur

 

Yenixeber.org: Bunu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, məqsəd günün pik saatlarında “Koroğlu” metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır:

“Xüsusən də Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” stansiyasının qarşısından düşərək hava limanı istiqamətində hərəkət edirdilər. Bu da həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olurdu. Məhz o sıxlığın aradan qaldırılması üçün “Koroğlu” stansiyasının qarşısına nəqliyyat vasitələri düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə keçid üçün yeni avtomobil tuneli inşa olunur. Həmin avtomobil tunelinə keçid Ziya Bünyadov prospektindən sağa - Olimpiya kəndi istiqamətinə - dairədən dövrə vuraraq Ziya Bünyadov prospektinin altından keçərək Bakı Olimpiya Stadionu arxasından hava limanı istiqamətinə hərəkət etməklə mümkün olacaq”.

Qurum rəsmisi bildirib ki, tunelin ümumi uzunluğu 655 metrdir.

Tunelin tikintisinin başa çatmasına gəlincə, A.Nəcəfli vurğulayıb ki, hal-hazırda tikinti işlərinə yeni başlanılıb: “İşlərin gələn il ərzində yekunlaşması planlaşdırılır. İşlər açıq hava şəraitində aparıldığı üçün hava şəraiti ilə əlaqədar fasilələr yarana bilər. Lakin bunlara baxmayaraq, gələn il ərzində işlərin yekunlaşdırılması nəzərdə tutulub”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam