Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Minimum əməkhaqqının artırılması kimlərə təsir edəcək?

Minimum əməkhaqqının artırılması kimlərə təsir edəcək?

 

 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesablarına görə, minimum əməkhaqqının 116 manatdan 130 manata qədər artırılmasından 145 000 nəfər yaralana biləcək. Bunlar birbaşa minimum əməkhaqqı alan vətəndaşlarımızdır”

 

Yenixeber.org: Bunu iqtisadçı-ekspert Vüqar Bayramov minimum əməkhaqqının məbləğinin artırılmasını şərh edərkən  bildirib.

İqtisadçı-ekspert qeyd edib ki, beynəlxalq standartlara uyğun olaraq minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmalıdır:

“Minimum əməkhaqqının artırılması ilə yanaşı, yanvar ayından pensiyaların indeksasiyası həyata keçiriləcək. Pensiyaların indeksasiyası 2017-ci ildə orta aylıq əməkhaqqı artımına uyğun olaraq indenksasiya olacaq. Bu da təxminən 250 manat pensiya alan vətəndaşımızın pensiyasında 17 manat 50 qəpik artım deməkdir. Təbii ki, hər bir pensiyaçı minimum əməkhaqqının artım faizinə uyğun olaraq pensiya məbləğini hesablaya bilər. 2017-ci ildə qəbul edilmiş yeni qanunvericiliyə görə, pensiya məbləğləri əvvəlki illərin inflyasiya səviyyəsinə görə deyil, orta aylıq əməkhaqqına görə indeksasiya olunur. 

Beynəlxalq standartlara uyğun olaraq, minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə çatdırılımalıdır. Azərbaycanda orta aylıq əməkhaqqının 525 manat olduğunu nəzərə alsaq, növbəti mərhələdə hökumət üçün əsas məqsəd minimum əməkhaqqının məbləğini mərhələli şəkildə artıraraq 315 çatdırılması olmalıdır”.

Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi qeyd olunub. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam