Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“İslam Həmrəyliyi İli”nə həsr olunmuş elmi seminar keçirilib...BSU-da

 “İslam Həmrəyliyi İli”nə həsr olunmuş elmi seminar keçirilib...

 

BSU-da “İslam Həmrəyliyi İli”nə həsr olunmuş elmi seminar keçirilib

 

 

Yenixeber.org: Dekabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi, Diplomatiya və xarici siyasət kafedralarının, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə “2017-ci il İslam həmrəyliyi ili: Azərbaycanın uğurları və perspektivləri” mövzusunda elmi seminar keçirilib.

Seminarda Azərbaycan multikulturalizmi kafedrasının baş müəllimi Mətanət Şadlinskaya “2017-ci ilin iqtisadi yekunları və perspektivlər” adlı məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanın son illər ərzində iqtisadi yüksəlişindən söz açaraq islam həmrəyliyini zəruri edən amillər arasında siyasi, iqtisadi və mənəvi amillərin də mövcud olduğunu diqqətə çatdırıb. M.Şadlinskaya qeyd edib ki, Azərbaycan islam ölkələri arasında iqtisadi əməkdaşlığa da mühüm töhfə vermək iqtidarındadır.

Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Oqtay Sadiqov “2017-ci ildə Azərbaycan Respublikasının dövlət maraqları ilə bağlı əldə edilmiş nəticələr” mövzusunda çıxış edərək ölkəmizin İslam mədəniyyətinə, elminə böyük töhfələr verməsindən söz açıb. Beynəlxalq məsələlərlə bağlı fikirlər səsləndirən Oqtay Sadiqov gündəmin aktual məsələsi olan Qüdslə bağlı keçirilən konfransda Azərbaycanın sülhü, ədaləti müdafiə etdiyini diqqətə çatdırıb. Avrasiyanın mühüm nəqliyyat layihələrindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolunun ölkəmiz üçün əhəmiyyətindən danışan məruzəçi bildirib ki, bu marşrut Azərbaycanın iqtisadi gücünün dünyaya çatdırılmasında vacib amildir.

Sonra Azərbaycan multikulturalizmi kafedrasının müəllimi Nərmin Elyasovanın “İslam həmrəyliyi Azərbaycan gənclərinin gözü ilə” adlı məruzəsi dinlənilib. N.Elyasova vurğulayıb ki, Azərbaycan dünyəviliyə, sivilizasiyalararası, dinlərarası dialoqa, müasirliyə münasibətdə həmişə İslam dünyası üçün tolerantlıq nümunəsi olub. O, Azərbaycan gəncinin Vətəninə, xalqına, milli-mənəvi və dini dəyərlərinə sadiq olduğunu vurğulayıb, gənclər arasında belə maarifləndirici tədbirlərin milli-mənəvi və islami dəyərlərin qorunması istiqamətində əhəmiyyətli rolundan danışıb.

BSU-nun Mətbuat Xidməti

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam