Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Beynəlxalq dəyirmi masa keçirilib...BSU-da... FOTOLAR

 

Beynəlxalq dəyirmi masa keçirilib...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dekabrın 8-də Bakı Slavyan Universitetində (BSU) Türkiyə, Rusiya, Polşa, Ukrayna, Çexiya, Bolqarıstan, Belarus respublikalarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin iştirakı ilə “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” adlı beynəlxalq dəyirmi masa keçirilib

 

 

Yenixeber.org: Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, porfessor Nurlana Əliyeva mötəbər qonaqları salamlayaraq əvvəlcə BSU-nun yaranma tarixi, buradakı təhsil sistemi, fəaliyyət göstərən 11 tədris və mədəniyyət mərkəzi barədə ətraflı məlumat verib. Sonra N.Əliyeva əsrin aktual mövzusuna həsr olunmuş dəyirmi masanın mahiyyətindən danışıb. Rektor Azərbaycan təhsil sisteminin XXI əsrdə çox böyük nailiyyətlər əldə etdiyini diqqətə çatıdıraraq bəşər sivilizasiyasına böyük töhfələr bəxş etmiş Azərbaycan xalqının zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə qürur duyduğunu dilə gətirib. Nurlana Əliyeva Azərbaycan Respublikasının bütün sahələr üzrə inkişaf istiqamətlərindən söz açarkən bildirib ki, bu istiqamətlərin nə qədər şəffaf və anlaşılan olduğu göz qabağındadır. Azərbaycanda hökm sürən multkultural mühit, tolerant dəyərləndən söhbət açan N.Əliyeva multikulturalizm ənənələrinin Azərbaycanın dövlətçilik prinsiplərində aparıcı olmasını Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Multikulturalizmin mərkəzi sayılan Bakı Slavyan Universitetində əcnəbi tələbələrin təhsillərini mükəməlləşdirməsi üçün hər cür şərait yaradıldığını söyləyən rektor deyib: “Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan təhsili və mədəniyyəti sürətlə inkişaf etmiş dünyaya inteqrasiya olunmağa başlayıb. Qısa zaman ərzində ölkəmizin yüksək iqtisadi inkişafa nail olması, beynəlxalq miqyasda əhəmiyyətli təşəbbüslərlə çıxış edən demokratik dövlət kimi tanınması, əhalinin maddi rihafının gündən-günə yüksəlməsi və qarşıya qoyulan digər önəmli məsələlərin həyata keçməsi Azərbaycan Respublikasının tərəqqisinin göstəricisidir. Əlbəttə ki, ümumi inkişaf prosesi ölkənin ali və ümumtəhsil sistemində də özünü göstərir. Bu sahədə həyata keçirilən zəruri tədbirlər, atılan uğurlu addımlar, ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncam və fərmanlar müasir təhsilin də keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur”. Nurlana Əliyeva dəyirmi masanın mövzusudan danışarkən bildirib ki, təhsil sahəsi çoxpilləli və çoxşaxəli olduğundan müzakirələr zamanı mövcud və həlli mümkün olan təhsil problemlərinə toxunulacaq.

Dəyirmi masanın moderatoru Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos “XXI əsr-dünyaya baxış: təhsil və mədəniyyətin harmoniyası” mövzusunun müasir dövrlə yaxından səsləşdiyini, hazırda ən zəruri faktor olan müasir təhsil sisteminin cəmiyyətin ayrılmaz bir sahəsi olduğunu qeyd edib. Səfir N.Kanellos Yunanıstanla Azərbaycan arasındakı təhsil əlaqələrinin qurulmasında aparıcı rol oynayan Bakı Slavyan Universitetinin fəaliyyətini yüksək qiymətləndirib, belə mühüm tədbirin Azərbaycanda beynəlxalq təhsilin inkişafında aparıcı rola malik olan BSU-da keçirilməsindən məmnunluğunu dilə gətirib.

Dəyirmi masada söz alan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral qeyd edib ki, təhsil sisteminin inkişafı ölkənin bir çox sahələrdə irəli getməsinə, bu ölkədə fəaliyyətdə olan bütün sahələrdəki uğurların sayının artırılmasına səbəb olur. Səfir beynəlxalq təhsil faktorunun hər bir fərdə təsir etmək gücünə malik olduğunu vurğulayaraq bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görməyin mümkün olduğunu diqqətə çatdırıb. Səfir dünyada tüğyan edən terrorizmdən söz açaraq Azərbaycanın Qarabağ probleminə də toxunub, 25 % işğal altında olan torpaqların yaxın zamanda geri qayıdacağına əmin olduğunu bildirib. BSU ilə Türkiyənin qabaqcıl universitetləri arasında əməkdaşlığın getdikcə daha da möhkəmləndiyini bildirən səfir Erkan Özoral burada türkiyəşünaslıq üzrə təhsil alan tələblər üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıq edib.

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müvəqqəti işlər üzrə vəkili Oleq Muraşev çıxışında Rusiya və Azərbaycan arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar olduğunu diqqətə çatdırıb. Vəkil bildirib ki, Azərbaycan və Rusiya arasında humanitar münasibətlər bu sahədə əməkdaşlıq proqramları ilə tənzimlənir. Bu ölkələrin mədəniyyət nazirlikləri arasında hər il yenilənən əməkdaşlıq proqramlarının, təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında protokolların mövcud olmasını xüsusi qeyd edən O.Muraşev rus dilinin inkişafı məsələsinə də toxunub. O bunu ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran faktorlardan biri kimi dəyərləndirib. Vurğulayıb ki, Bakı Slavayan Universiteti Azərbaycanda rus dilinin və rusdilli təhsilin yüksək inkişafı sahəsində danılmaz xidməti olan qabaqcıl universitetdir. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq ənənələrinin bağladığını deyən vəkil ötən 25 il ərzində təhsil və mədəniyyət kimi qiymətli irsin qorunub saxlandığını, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırıldığını söyləyib.

Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka Azərbaycan və Polşa arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcud olduğunu bildirib. Ölkələr arasında etibarlı əməkdaşlığın təhsil və mədəniyyət sahəsində özünü daha qabarıq şəkildə biruzə verdiyini deyən səfir Marek Tsalka Azərbaycanda beynəlxalq təhsil standartlarına cavab verən belə bir ali məktəbin olmasını sevindirici hal kimi qiymətləndirib. Səfir BSU-da polyakşünaslıq üzrə təhsil alan tələbələrə dərs demək üçün maraq göstərən polyak müəllimlərin sayının ildən-ilə artmasının gənclərin mütəxəssis olaraq yetişməsinə müsbət töhfə verəcəyini qeyd edib. 

Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Petr Vaqner Çexiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafında atılan addımları və çex dilinin Bakı Slavyan Universitetində tədris olunmasını yüksək qiymətləndirib. Səfirlik tərəfindən Azərbaycanda məhsuldar görüşlər keçirdiyini bildirən P.Vaqner ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin önəmini qeyd edib. BSU-da Çex dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərməsindən məmnun qaldığını deyən səfir bu mərkəzin Çexiya universitetləri ilə müvafiq sahədə əməkdaşlığının məqsədəuyğunluğunu önə çəkib.

Mövzu ilə bağlı müzakirəyə qatılan Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müvəqqəti işlər üzrə vəkili Yanko Yanakiyev ölkələrimiz arasında təhsil, o cümlədən mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Azərbaycanla Bolqarıstan arasındakı dostluq və qardaşlığın tarixi köklərindən söz açan Yanko Yanakiyev qeyd edib ki, Bakı Slavyan Universitetində bolqar dilinin, tarixinin və mədəniyyətinin tədrisi bu ölkədə təhsillə yanaşı mədəniyyət istiqamətində də inkişafın yüksək olmasından xəbər verir. Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzey-Qoruğundan söz açan Y. Yanakiyev bütün bu sadalananları təhsil və mədəniyyətin harmoniyası kimi səciyyələndirib.

Sonra dəyirmi masanın iştirakçıları BSU-da fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzlərinə baxış keçiriblər. Bunun ardından iştirakçılar üçün universitetin foyesində BSU-nun “Arzu” rəqs ansamblının təqdimatında Azərbaycan, türk, ukrayna, belarus, yunan, bolqar, polyak xalqlarına məxsus milli rəqslər nümayiş olunub.

 

BSU-nun Mətbuat xidməti

Əlaqə: Mətbuat xidmətinin rəhəri İbrahim Quliyev

051 241 97 19

 

 

Beynəlxalq dəyirmi masa keçirilib...
Beynəlxalq dəyirmi masa keçirilib...
Beynəlxalq dəyirmi masa keçirilib...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam